Şriftin ölçüsü :

Saytın rəngi :

523 və 535 nömrəli marşrutlarda istismar olunan avtobuslar yenilənib

14 avqust 2025 | 17:02

Xırdalan şəhərindən Sumqayıt şəhəri və Novxanı kəndi istiqamətlərində fəaliyyət göstərən 523 və 535 nömrəli marşrutların avtobusları yenilənib.

AYNA tərəfindən daşıyıcıya avtobus parkının yenilənməsi ilə bağlı verilən tapşırığa əsasən, “F.Rövşən” istehsalat müəssisəsi tərəfindən ölkəyə 2025-ci il istehsalı olan 31 avtobus gətirilib.

Sıxılmış təbii qaz və dizellə işləyən “İsuzu” markalı müasir və komfortlu nəqliyyat vasitələrindən 16-sı Sumqayıt və Xırdalan şəhərlərini, 15-i isə Xırdalan şəhəri və Novxanı kəndini əlaqələndirir. Sərnişin tələbatına uyğun olaraq, xəttə çıxan avtobusların sayı artırılacaq. 

Qeyd edək ki, vətəndaşların rahatlığı, onlara keyfiyyətli və təhlükəsiz sərnişindaşıma xidmətlərinin göstərilməsi məqsədi ilə avtobus parkının yenilənməsi AYNA tərəfindən daim diqqətdə saxlanılır.

https://ayna.gov.az/az/news/523-ve-535-nomreli-marsrutlarda-istismar-olunan-avtobuslar-yenilenib-824

Keçidlər