Şriftin ölçüsü :

Saytın rəngi :

İqtisadiyyat

Abşeron rayonunda 1 şəhər (Хırdalan şəhəri), 9 qəsəbə (Ceyranbatan, Saray, Qobu, Güzdək, Digah, Hökməli, Mehdiabad, Aşağı Güzdək, Şəfəq) və 6 kənd (Novхanı, Fatmayı, Görədil, Məmmədli, Masazır, Pirəkəşkül) vardır.

2024-cü ilin sonuna rayonda iqtisadiyyatın bütün sahələrini əhatə etməklə işçilərin sayı 47887 nəfər olmuş və onun 13554 nəfəri dövlət, 34333 nəfəri isə qeyri-dövlət sektorunda çalışmışlar. Hesablanmış əməkhaqqı fondu 369977,1 min manat olmuşdur.  Rayon üzrə bir işçiyə düşən orta aylıq nominal əmək haqqı 744,3 manat təşkil etmişdir. Ötən ilin eyni dövrü ilə müqayisədə işçilərin sayı 11,0 faiz, orta aylıq nominal əmək haqqı isə 4,8 faiz artmışdır.

Regionların inkişafına dair ölkə rəhbərinin müvafiq fərmanlarına əsasən 2003-сü ilin IV rübündən başlayaraq 2025-ci il yanvar ayının 1-ə kimi rayonda 82159 yeni iş yerləri açılmışdır. Mövcud müəssisə və təşkilatlarda 1728 yeni iş yeri yaradılmışdır. 2024-сü il ərzində 2435 yeni iş yeri açılmışdır. 

2024-cü il ərzində 2692926,0 min manatlıq məhsul buraxılışı olmuş və onun 35,7 faizi sənaye, 10,6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 33,4 faizi tikinti, 1,9 faizi nəqliyyat və anbar təsərrüfatı, 1,1 faizi informasiya və rabitə, 17,3 faizi isə ticarət;  nəqliyyat  vasitələrinin təmiri sahələrinin payına düşür.     

2024-сü ildə iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 218156,6 min manat investisiya yönəldilmişdir. Dövlət mülkiyyətinə məxsus  müəssisə və təşkilatlar əsas kapitala 126133,9 min manat məbləğində, qeyri-dövlət  müəssisələri isə 92022,7 min manat məbləğində sərmayə qoymuşdur.

Tikinti-quraşdırma işlərində istifadə edilmiş investisiyaların həсmi ümumi investisiyanın 78,3 faizini təşkil edərək 170812,4 min manat olmuşdur. Əsas kapitala yönəldilmiş vəsait bütünlüklə daxili investisiyalar hesabına formalaşmış və onun 57,8 faizi dövlət mülkiyyətinə məxsus müəssisə və təşkilatların, 42,2 faizi isə qeyri-dövlət mülkiyyətinə məxsus müəssisələrin payına düşmüşdür.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sahibkarlığın inkişafı ilə bağlı rayon İcra Hakimiyyətləri qarşısında qoyduğu vəzifələrlə bağlı Abşeron rayonu çox böyük nəticələr əldə etmişdir. Respublika iqtisadiyyatına qoyulan özəl investisiyaların həcminə görə Abşeron rayonu 2018-ci ildə Respublikada birinci yerdə olmuş və rayon ərazisinə 271,8 milyon manat investisiya cəlb edilmişdir.

2023-cü ildə Sahibkarlığın İnkişafı Fondu tərəfindən rayon ərazisində fəaliyyət göstərən sahibkarlara 53 investisiya layihəsi üçün 8,7 milyon manat güzəştli kredit verilmişdir ki, həyata keçirilmiş bu layihələr üzrə 197 yeni iş yeri yaradılmışdır.

2024-сü il  kənd təsərrüfatı sahəsində ümumilikdə 1358,0 (ötən il 1532,9) hektar sahədə bitkiçilik məhsulları əkilmişdir. 2024-сü ildə ümumi əkin sahəsinin 365,5 hektarını və yaxud 26,9 faizini payızlıq taxıl bitkiləri, yəni buğda və arpanın əkin sahəsi təşkil etmiş və hesabat dövründə 365,5 hektar sahədən 416,7 ton taxıl  istehsal olunmuşdur          

2024-сü ildə dövlət kənd təsərrüfatı müəssisələri üzrə payızlıq  taxıl bitkilərinin əkin sahəsi 86,0 hektar təşkil etmişdir.  Tərəvəzin əkin sahəsi  671,0 ha olmuşdur. Açıq sahə 239,1 ha, örtülü sahə isə 431,9 ha təşkil etmişdir. Cəmi tərəvəz 145330,5 (ötən il 181248,2) ton yığılmışdır. 2024-cü ildə açıq sahədən 3230,3 ton, örtülü sahədən isə 142100,2 ton tərəvəz yığılmışdır

2025-ci il yanvar ayının 1-i vəziyyətinə  rayonda 18510 baş iribuynuzlu mal qara, o cümlədən 11483 baş inək və camış, 73042 baş isə qoyun və keçi mövcud olmuşdur.

“Qrand Agro” MMC, “EPCM Group” MMC və fiziki şəxslər tərəfindən 162 hektar ərazidə yeni badam bağı salınmışdır. Ümumi badam bağlarının sahəsi 838,0 ha çatdırılmışdır. 2024-ci ildə  2493,6 ton badam yığılmışdır.

Hesabat dövrü ərzində “Qrand Agro” MMC, “Zirə Agro Park” MMC, 5 saylı Yaşıllaşdırma İdarəsinin zeytun bağlarının ümumi sahəsi 3591,6 hektara çatmışdır. 2024-cü ildə 6113,7 ton zeytun yığılmışdır.

Zəfəran sahəsinin genişləndirilməsi məqsədi ilə hesabat dövründə fiziki şəxslər tərəfindən 7.0 hektar torpaq sahəsi şumlanaraq hazırlanmış və zəfəran bitkisi əkilmişdir. Hal-hazırda Abşeron rayonunda zəfəranın əkin sahəsi  33,0 hektardır. 2024-cü ildə 12 kq quru zəfəran toplanmışdır.

Keçidlər