Abşeron Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvlüyünə namizəd irəli sürülməsi ilə bağlı sənəd qəbulu 15.09.2022-ci il tarixində yekunlaşmışdır.
İctimai Şuraya 21 nəfərin namizədliyi irəli sürülmüşdür.
- Hacıyeva Fatma Siyavuş qızı - "Vəfa" sosial problemlərin həllinə dəstək ictimai birliyi
- İsmayılov Rahim Rafiq oğlu - "Ahıllara və Tənhalara Dəstək" İctimai Birliyi
- Pələngov Əbülfət Qulam oğlu - "Yeni Yurd" Sosial İnkişaf İctimai Birliyi
- Abbasova Vəfa Zahid qızı - "Azərbaycan Qadınları Respublika Cəmiyyəti" İctimai Birliyi
- Əkbərov İntiqam İlqar oğlu - "Gənc Nəslin Maarifləndirilməsi" İctimai Birliyi
- Vəlizadə Vəli İlqar oğlu - "Azərbaycan Təfəkkür Gənclər Assosiasiyası" İctimai Birliyi
- Fərhadov Sudeyf Tərlan oğlu - "Qan Donorları Assosiyası" İctimai Birliyi
- Quliyev Elçin İbrahim oğlu - "Polisə Dəstək" İctimai Birliyi
- Nuriyeva Zülfiyyə Səfər qızı - " Sosial, İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək" İctimai Birliyi
- Cəfərov Süleyman Kərəm oğlu - " Xüsusi Təyinatlıların, Qaziləri, Şəhid Ailələri və Veteranları" İctimai Birliyi
- Musayev Ceyhun Musa oğlu - " Jurnalist Ekspert Mərkəzi" İctimai Birliyi
- Əliyeva Arifə Vahid qızı - " Hilal Sosial Araşdırmalar" İctimai Birliyi
- Axundova Nuranə Tofiq qızı - "Mərhəmət" Kimsəsizlərə Yardım İctimai Birliyi
- Qasımov Qubad İmamqulu oğlu - "İstedadlı Əlillər " İctimai Birliyi
- İsmayılova Xatirə Yolçu qızı - " Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıma" İctimai Birliyi
- Əsgərova Aytən Yaşar qızı - " Dialoq və İnkişaf Naminə" İctimai Birliyi
- Əliyev Şamo Rəfael oğlu - "Abşeron Gənclərin İnkişafı" İctimai Birliyi
- Abdıyeva Əzizə Elbəyi qızı - " Qayğıya Ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək" İctimai Birliyi
- Məmmədova Şəhla Rəcəb qızı - "Azərbaycan Respublikası Şəhid Ailələrinə Sosial Dəstək" İctimai Birliyi
- Əliyev Qorxmaz Vahab oğlu - " Ahıl Ziyalılara Qayğı" İctimai Birliyi
- Zeynalov Zamin Maarif oğlu - " Azərbaycan Jurnalistlər" Birliyi
Seçki komissiyasının qərarına əsasən İctimai Şuraya 15 nəfər üzv seçiləcək . Seçki 05.10.2022-ci il tarixində saat 09:00 dan 13:00-a dək Xırdalan şəhər Mədəniyyət Mərkəzinin binasında keçirilməsi nəzərdə tutulur.
“İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin 3.1-ci maddəsinə əsasən namizəd irəli sürüb-sürməməsindən asılı olmayaraq, vətəndaş cəmiyyəti institutlarının (onların ərazi təşkilatlarının), yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarına münasibətdə isə həmin ərazidə fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutlarının bərabər sayda təmsilçilərindən ibarət birgə yığıncaqda ictimai şuranın üzvləri irəli sürülmüş namizədlər içərisindən gizli səsvermə yolu ilə seçilir.
Yığıncaqda təmsilçilərinin iştirak etməsini istəyən vətəndaş cəmiyyəti institutları seçki gününə on gün qalanadək (27.09.2022-ci il tarixinədək), həmin şəxslər barədə zəruri məlumatları (adı, soyadı, atasının adı, təvəllüdü, yaşayış yeri, əlaqə vasitəsi) göstərməklə, seçki komissiyasına müraciət etməlidirlər.
Sənədlər Abşeron Rayon İcra Hakimiyyətinə elektron poçt (mail@absheron.gov.az) vasitəsilə təqdim olunmalıdır.
Əlaqə telefonu: Tel: (+994 12) 342-11-15