Şriftin ölçüsü :

Saytın rəngi :

Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Abşeronda şagirdlər arasında keçirilən intellektual müsabiqənin qalibləri mükafatlandırıldı

06 iyun 2024 | 15:09

Azərbaycan Respublikası Prezidentinin 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında 25 dekabr 2023-cü il tarixli Sərəncamına əsasən Abşeron rayonunun ümumtəhsil müəssisələrində Abşeron Rayon İcra Hakimiyyətinin və Abşeron-Xızı Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən 5 mərhələdən ibarət intellektual müsabiqənin yekun tədbiri keçirilib. Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində baş tutan final mərhələsində Abşeron rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova, RİH-nin məsul əməkdaşı-Uşaq Səfirlər Məclisinin (USM) Abşeron rayon üzrə nümayəndəsi, Vətən Müharisəi şəhidi Səxavət Abbasovun anası Mayisə Abbasova, “Abşeron“ qəzetinin redaktoru Şəhla Ağbulud, fəallar və məktəblilər iştirak edib.

Abşeron rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova çıxış edərək qeyd edib ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan ekoloji siyasət hazırda da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir, habelə işğaldan azad edilən ərazilərimizdə ekoloji tarazlığın, ekosistemin bərpası istiqamətində mühüm tədbirlər həyata keçirilərək bu istiqamətində genişmiqyaslı işlər aparılır. Bildirilib ki, intellektual müsabiqənin keçirilməsində məqsəd mövcud eko resursların və  ehtiyatların səmərəli  istifadəsi, ekoloji vəziyyətin sağlamlaşdırılması, o cümlədən alternativ enerji imkanlarının öyrənilməsi, innovativ ekoloji ideyaların yaranması və  beləliklə ətraf mühitin mühafizəsinin və təbii sərvətlərin milli dəyər kimi gələcək nəsillər üçün qorunub saxlanılması ideyalarının yeniyetmə və gənclər arasında təbliği, ekoloji təfəkkürün inkişaf etdirməklə dövlətin ekoloji strategiyasının fəal iştirakçısı sıralarına cəlb edilməsidir.

Qeyd edək ki, 12 komandanın öz gücünü sınadığı final mərhələsində Xırdalan şəhər 2 nömrəli tam orta məktəb I yerə, Masazır kənd 2 nömrəli tam orta məktəb II yerə, Aşağı Güzdək qəsəbə tam orta məktəb isə III yerə layiq görülüb və qaliblər Fəxri Fərmanlarla təltif olunur.

Keçidlər