Şriftin ölçüsü :

Saytın rəngi :

Xırdalanda “Tarix yazan əbədiyaşar lider” mövzusunda dəyirmi masa keçirilib

23 oktyabr 2023 | 16:04

“Heydər Əliyev ili” çərçivəsində Abşeron Rayon İcra Hakimiyyətinin (RİH) təşkilatçılığı ilə “Tarix yazan əbədiyaşar lider” mövzusunda dəyirmi masa təşkil edilib.

Xırdalan şəhər Heydər Əliyev Mərkəzində keçirilən toplantıda əvvəlcə Ümummlli Lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Abşeron rayonunun ümumtəhsil məktəblərinin tarix müəllimlərinin iştirakı ilə keçirilən dəyirmi masada RİH başçısının müavini Gülnar Rəhimova Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərindən, xilaskarlıq missiyasından bəhs edərək Ulu Öndərin irsinin xalqımızın qəlbində əbədi yaşayacağını və onun hər zaman dahi şəxsiyyət kimi xatırlanacağını qeyd edib. Ulu Öndərin ən ümdə və müqəddəs arzularından birinin işğal altında olan torpaqlarımızın azad edilməsi ilə bağlı olduğunu vurğulayan Gülnar Rəhimova bu istiqamətdə Heydər Əliyev tərəfindən sistemli və məqsədyönlü fəaliyyətin əsasının qoyulduğunu bildirib. O, müqəddəs missiyanın Ümummilli Liderin parlaq ideyalarının davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qalib ordumuzun  Vətən müharibəsində qazandığı şanlı qələbəni diqqətə çatdırıb. Habelə bildirilib ki, uğurla başa çatan antiterror tədbirləri Azərbaycanın gücünü  bütün dünyaya bir daha nümayiş etdirdi, ərazi bütövlüyümüz tam təmin olundu.

Abşeron RİH-in əməkdaşı, Vətən Müharibəsi şəhidi Saxavət Abbasovun anası Maisə Abbasova çıxışında  ölkəmizdə dövlət gənclər siyasətinin ən mühüm istiqamətlərindən, gənclərin vətənpərvər ruhda təlim-tərbiyəsindən danışaraq, bu sahədə görülmüş işlərə görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə minnətarlığını bildirib.

Abşeron-Xızı Regional Təhsil İdarəsinin metodisti Sevinc Qurbanova  isə “Heydər Əliyev ili” çərçivəsində Abşeron məktəblərində keçirilən, o cümlədən qeyd olunan mövzunun məktəblərdə gələcəkdə də keçirilməsinin  vacibliyini diqqətə çatdırıb.

Sonra tədbir tarix müəllimlərinin mövzu ətrafında diskussiyaları ilə davam etdirilib.

Keçidlər