Şriftin ölçüsü :

Saytın rəngi :

Xırdalanda məktəb psixoloqları ilə görüş təşkil edilib

18 may 2022 | 09:41

Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində rayonun ümumtəhsil məktəblərinin psixoloqları ilə görüş keçirilib. Abşeron Rayon İcra Hakimiyyətinin və Abşeron-Xızı Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə “İmtahan qabağı stresin aradan qaldırılması yolları” mövzusunda keçirilən görüşdə Rayon İcra Hakimiyyəti başçısnın müavini Gülnar Rəhimova, psixologiya üzrə fəlsəfə doktoru Elmira Mirzəyeva və təhsil işçiləri iştirak edib.
Məktəbin tədris və tərbiyə müəssisəsi olduğunu və vətəndaş yetişdirdiyini, psixoloqların təhsil prosesində nə qədər əhəmiyyətli rol oynadığını və onların üzərinə çox çətin, məsuliyyətli iş düşdüyünü qeyd edən Gülnar Rəhimova imtahanqabağı həyəcan və stresin götürülməsi, özünəinamın formalaşdırılması kimi mövzulara toxunub. Həmçinin hәdәflәrә çatmaq vә yüksәk nәticәlәr әldә etmәk üçün motivasiyanın vacibliyini və valideynlərlə işin təşkilinin əhəmiyyətini qeyd edib.
Tədbirin təşkilində göstərdikləri diqqətə görə rayon rəhbərliyinə minnətdarlığını bildirən Elmira Mirzəyeva görüş çərçivəsində keçirtdiyi təlim prosesində psixoloqlara imtahan stresinin aradan qaldırılması yolları, həyacanı və stresi idarə etmək üçün lazım olan pisxoloji texnikaları ilə tanış edib.
Daha sonra Abşeron-Xızı Regional Təhsil İdarəsinin psixoloqu İstək Bəxtiyarova məktəblərdə psixo-pedaqoji işin aparılması, şagirdlərdə iradi-psixoloji keyfiyyətlərin formalaşdırılması və gücləndirilməsi istiqamətində görülmüş işlər barədə ətraflı məlumat verib.
Sonda psixoloqları maraqlandıran suallar cavablandırılıb.

Keçidlər