Şriftin ölçüsü :

Saytın rəngi :

Xırdalan şəhərindəki Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında növbəti abadlıq tədbirləri həyata keçirilib

29 iyun 2024 | 11:23

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Abşeron rayonunun Xırdalan şəhərində yerləşən Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında növbəti abadlıq tədbirləri həyata keçirilib. Abşeron rayon İcra Hakimiyyəti tərəfindən Ulu Öndərin adını daşıyan parkda 2000 kv.m-ə yaxın ərazidə qazon əkilib, park ərazisində mövcud olan yaşıllıqlara lazimi aqrotexniki qulluq göstərilib. Bundan əlavə park ərazisində ümumi iməclik keçirilib, alaq otları təmizlənilib və ərazidən uzaqlaşdırılıb.

Həmçinin park ərazisindəki oturacaqlar rənglənib, ümumi səliqə-sahman yaradılıb, ağaclar ağardılıb. Yeni salınmış yaşıllıq zonalarının daimi suvarılmasını təmin etmək məqsədilə suvarma şəbəkəsi qurulub.

O cümlədən parkda gecə işıqlandırılmasını fasiləsiz təmin etmək məqsədi ilə istismar müddətini başa vurmuş lampalar götürülüb və qənaətli yeni lampalar quraşdılıb.

Keçidlər