Şriftin ölçüsü :

Saytın rəngi :

Xırdalan musiqi məktəbinin şagirdi Muğam Müsabiqəsinin laureatı oldu

10 avqust 2022 | 12:19

Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın birbaşa himayəsi ilə son illər Azərbaycanda muğam sənətinin qorunması, inkişafı və təbliği sahəsində böyük işlər görülür. Azərbaycan muğamının YUNESKO-nun bəşəriyyətin qeyri-maddi irsinin şah əsərləri siyahısına daxil olunması da bilavasitə bunun nəticəsidir. YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanımın təşəbbüsü ilə keçirilən Beynəlxalq Muğam Festivalı da Azərbaycan mədəniyyətinin, musiqisinin bütün dünyada tanıdılması, təbliği və sevilməsi istiqamətində mühüm tədbirlərdən biridir.

Heydər Əliyev Fondunun muğam layihələrindən biri də həmişə geniş ictimai dəstək qazanan, dünya azərbaycanlılarında maraqla izlənilən, ölkə və xaricdə musiqiçilər tərəfindən müsbət qarşılanan, gənc istedadların və muğamın uğurlu gələcəyinə yönələn, hər dəfə sənət ictimaiyyətini öz nəticələri ilə sevindirən televiziya muğam müsabiqəsidir. Müasir musiqi həyatımızın gözəl bir ənənəsinə çevrilən bu müsabiqə 17 ildir təşkil olunur və yaşayır.

Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyi və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə keçirilən VIII “Muğam” Televiziya Müsabiqəsinə avqustun 5-də Şuşada yekun vurulub.

Bülbülün ev-muzeyinin həyətində təşkil olunan müsabiqənin finalında gənc xanəndələr Fuad Əzizzadə, Ülkər Abdullayeva, Daşqın Kürçaylı, Aynur Həsənxanova, Vüqar Əbilov, Pedram Rəncbər və Məftun Səfərli ilə yanaşı, azyaşlı ifaçılar Həzrət Əzizli, Fatimə Kərimova və Sabir Ağayevin çıxışları dinlənilib, münsiflər heyətinin məşvərətindən sonra qaliblərin adı elan olunub.

Keçidlər