“Təmiz ölkəm” aksiyası çərçivəsində Abşeronda iməcliklər keçirilib
03 oktyabr 2023 | 15:11
“Təmiz ölkəm” aksiyası çərçivəsində Abşeron rayonunun Masazır kəndində yerləşən Duz gölü ətrafında, o cümlədən şəhid ailələrinin və müharibə iştirakçılarının sıx məskunlaşdığı yaşayış kompleksinin ərazisində təmizlik aksiyası keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və regional bölmələrinin, Abşeron Rayon İcra Hakimiyyətinin, YAP Abşeron rayon təşkilatının və könüllülərin iştirakı ilə keçirilən iməcliklər zamanı 12 ha ərazidən ümumilikdə 600 kq tullantı təmizlənərək daşınıb.
Hər kəsi məsuliyyətini dərk edərək ətraf mühiti təmiz saxlamağa, əraziləri çirkləndirmədən, təmiz istifadə etmək vərdişinə yiyələnməyə çağırırıq.