Suverenlik Günü Abşeronda silsilə tədbirlərlə qeyd olunub
20 Sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə Abşeron rayonunda silsilə tədbirlər keçirilib.
Rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarda, o cümlədən ümumtəhsil məktəblərində, Uşaq-Gənclər İdman-Şahmat Məktəbində və Uşaq-Gənclər İnkişaf Mərkəzində təşkil olunan tədbirlərdə Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova, aidiyyəti qurumların əməkdaşları, şəhid ailələrinin üzvləri, qazilər, müəllim və şagirdlər, gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirlərdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxışlarda Azərbaycanın dövlət suverenliyinin tam bərpasının müasir tariximizin ən mühüm hadisələrindən biri olduğu vurğulanıb. Ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhidlərimizin göstərdiyi qəhrəmanlıqdan, qazilərimizin şücaətindən danışılıb.
Tədbirlər çərçivəsində şagird və gənclərin iştirakı ilə ədəbi-bədii kompozisiyalar, vətənpərvərlik mövzusunda təqdimatlar, rəsm və yaradıcılıq nümunələri nümayiş etdirilib, şahmat yarışları və müxtəlif maarifləndirici tədbirlər təşkil olunub.
#Abşeron #DövlətSuverenliyiGünü #20Sentyabr #SuverenlikGünü #Azərbaycan






