Şriftin ölçüsü :

Saytın rəngi :

Qobu qəsəbə gəncləri üçün təlim-seminar keçirilib

11 avqust 2022 | 10:33

Ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev ulu öndərin gənclər siyasətinə töhvəsini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə göstərilən böyük diqqətin nəticəsidir. Ölkəmizdə gənclərin məşğulluğunun təmin olunması da diqqət mərkəzindədir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən gənclərin istedad və bacarıqlarının üzə çıxarılması istiqamətində həyata keçirilən layihələr gənc nəslin gələcəyinin etibarlı təminatıdır.

Texnologiyanın inkişafı ilə birlikdə peşə növlərinin sürətlə artması və ixtisaslaşmanın inkişafı peşəyönümü işinə xüsusi diqqət ayrılmasını müasir dövrdə zərurət kimi qarşıya qoyur. Peşə seçiminin mürəkkəb və dinamik proses olması bu prosesdə şagirdlərə köməyi zəruri edir. Fərdlərin öz maraq və qabiliyyətlərinə uyğun peşələr seçməsinin təmin edilməsində ən mühüm rol məktəblərdə peşəyönümü xidmətinin üzərinə düşür. Şagirdlər özlərinə ən uyğun peşəni seçə bilmələri üçün ilk növbədə öz maraq və qabiliyyətlərini tanımalıdırlar. Bu səbəbdən də gənclərin peşə yönümlülüyünə uyğun maarifləndirici bələdçilik xidmətlərinə ehtiyacının artdığı görünür.

 

Abşeron rayonunda 1-5 avqust tarixlərində Abşeron Rayon İcra Hakimiyyətinin, Rayon Gənclər və İdman İdarəsinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Abşeron nümayəndəliyinin birgə təşkilatçılığı ilə Qobu qəsəbəsində yaşayan gənclər üçün təlim-seminar keçirilib.

5 günlük proqram çərçivəsində GİKM-in Abşeron nümayəndəliyinin əməkdaşlarının moderatorluğu ilə gənclərlə tanışlıq sessiyası baş tutub, təhsilin formaları və öyrənmə zonaları, gənclərin iştirakçılığı, özünükəşf, insan hüquqları, “Gənclər Davamlı İnkişaf üçün” layihəsinin iştirakçısı Rəqsanə İbrahimlinin təqdimatında ixtisas seçimi mövzularında təlimlər keçirilib.

 

Həmçinin interaktivliyi artırmaq üçün gənclər müxtəlif enercayzerlər, intellektual oyunlar, qrup işlərində iştirak ediblər.

Təlim-seminar iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Sonda aktivliyi ilə seçilən gənclərə sertifikatlar təqdim olunub.

Keçidlər