Şriftin ölçüsü :

Saytın rəngi :

Ölkə prezidenti cənab İlham Əliyev tərəfindən dövlət orqanlarının fəaliyyətində ictimai iştirakçılığın geniş tətbiqinə, vətəndaş cəmiyyətinin inkişafına böyük önəm verilir.

18 avqust 2022 | 15:53

“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanununa əsasən dövlət və cəmiyyət həyatının müxtəlif sahələrində, dövlət siyasətinin hazırlanmasında və həyata keçiriməsində, ümumdövlət və yerli səviyyədə qərarların qəbulunda, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş mərkəzi icra hakimiyyəti orqanlarının, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə ictimai nəzarətin təşkilində vətəndaşların və vətəndaş cəmiyyəti institutlarının iştirakı nəzərdə tutulur.
İctimai İştirakçılığın qanunda göstərilən formalarından biri də İctimai Şuralardır. Hazırda Azərbaycanda mərkəzi və yerli icra hakimiyyəti, eləcə də yerli özünüidarəetmə orqanlarına ictimai nəzarətin olması dövlətin diqqətdə saxladığı əsas məsələlərdən biridir. Qeyd olunan münasibətləri tənzimləyən əsas qanun “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 22 noyabr 2013-cü il tarixində imzalanıb və 2014-cü il iyunun 1-dən qanun qüvvədədir. İctimai şuralar ilə bağlı məsələlər “İctimai iştirakçılıq haqqında” qanunla bərabər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 30 may 2014-cü il tarixdə qəbul olunmuş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə” ilə tənzimlənir.
İctimai Şura mərkəzi icra hakimiyyəti orqanlarının fəaliyyətində şəffaflığı, ictimai nəzarətin həyata keçirilməsi, dövlət siyasətinin formalaşdırılması, icrası və qərarların qəbulu zamanı ictimai rəyin nəzərə alınmasını təmin etmək məqsədilə müvafiq qanuna uyğun olaraq təsis edilən və ictimai əsaslarla fəaliyyət göstərən birlikdir.

   Yerli və mərkəzi icra hakimiyyəti orqanları yanında ictimai şuraların yaradılmasını nəzərdə tutan qanunun qəbul olunması vətəndaş cəmiyyəti quruculuğu, QHT-dövlət münasibətlərinin tənzimlənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Dünya təcrübəsindən də göründüyü kimi, vətəndaş cəmiyyətinin dövlət qurumları ilə birgə fəaliyyəti vətəndaş-dövlət münasibətlərinin tənzimlənməsində şəffaflıq prinsipinin təmin olunmasına səbəb olur. Eyni zamanda, ictimai şuraların fəaliyyəti sosial media ilə inteqrasiya olunmuş formada reallaşması bu şəffaflığın daha da artmasına səbəb olur.

  Abşeron rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvləri olaraq fəaliyyət göstərdiyimiz dövr ərzində cəmiyyətin sosial həyatında yaxından iştirak etməyə, fəaliyyət göstərdiyimiz ərazi üzrə insanların problemlərinin öyrənilməsində, işıqlandırılmasında və digər sahələrdə səmərəli fəaliyyət göstərməyə çalışırıq. Fəaliyyətimizdə xüsusi əhəmiyyətli məsələlərdən biri də cəmiyyətdə mühüm rol oynayan şəxslərlə, təşkilatlarla, qurumlarla sıx əlaqədə olmaq, əməkdaşlıq etmək və fikir mübadiləsi həyata keçirərək öz fəaliyyətimizi daha da genişləndirməkdir. Hər zaman işlərimizdə daha fəal olmağa və üzərimizə düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışırıq. Bu sahədə təcrübəsi olan şəxslərlə əməkdaşlıq qurmaq fəaliyyətimizin daha da effektiv və səmərəli olması üçün xüsusi əhəmiyyətə malikdir.
Həmçinin may ayından etibarən bütün iqtisadi zonalarda baş tutan Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “QHT-dövlət əməkdaşlığında yeni çağırışlar: ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi” adlı konfransların sonuncusu olaraq İyunun 23-də Bakıda keçirilən respublika zona konfransında Bakı şəhərinin 12 rayonu, Sumqayıt, Şuşa, Zəngilan, Qubadlı rayonu ilə yanaşı Abşeron rayon İcra Hakimiyyəti yanında İctimai Şura da iştirak etdi.

  Bütün zona konfranslarınında olduğu kimi, növbəti dəfə də, əsas mövzu olaraq İctimai Şuraların cəmiyyətin və dövlətin həyatında fəal iştirak etməsi, qarşıya çıxan problemlərin aradan qaldırılmasında dövlət orqanlarının fəaliyyətinə dəstək göstərməsi bir daha vurğulandı. İctimai Şuraların fəaliyyətində cəmiyyətlə qarşılıqlı əlaqələrin gücləndirilməsindən, sağlam dialoqun qurulmasından, qərarların qəbulunda ictimai rəyin, vətəndaş maraqlarının nəzərə alınmasının əsas olunduğu qeyd olundu.
Keçirilən konfransdan sonra Abşeron rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvləri olaraq qeyd olunanları əsas götürərək fəaliyyətimizi daha da genişləndirmək üzərində çalışmalarımızı davam etdiririk.

 

Abşeron rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Elçin Quliyev

Keçidlər