Şriftin ölçüsü :

Saytın rəngi :

Novxanı məktəblərində narkomaniya əleyhinə silsilə maarifləndirmə tədbirləri keçirilib

02 iyun 2022 | 09:05

Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə narkomaniya əleyhinə növbəti maarifləndirmə tədbirləri rayonun Novxanı kənd 1 və 2 nömrəli tam orta məktəblərində keçirilib.
Tədbirdə Abşeron rayon İcra Hakimiyyətinin, Abşeron Rayon Polis İdarəsinin, rayon Gənclər və İdman İdarəsinin, Novxanı kənd Polikilinkasının əməkdaşları və adıçəkilən təhsil müəssisələrinin müdirləri, müəllim və şagird heyəti iştirak ediblər.
Abşeron RİH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Elvin Zalov, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Şükufə Məmmədova, Gənclər və İdman İdarəsinin rəisi Əsgər Əmirəliyev, Abşeron rayon Polis İdarəsinin Saray Polis Bölməsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun inspektoru, polis kapitanı Gülnar Həsənova, Novxanı kənd poliklinikasının baş həkimi Risalə Həsənova və digər çıxış edənlər ölkəmizdə sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər sırasında mühüm istiqamət kimi diqqət yetirilən narkomaniya ilə mübarizənin kampaniya xarakteri deyil, davamlı siyasət olduğunu bildiriblər.
Natiqlər həmçinin şagirdlərə tövsiyyələr verərək hansı yaş kateqoriyasında olmalarına baxmayaraq hər zaman öncəliklə sağlam həyat tərzi sürmələrini, güclü iradəyə sahib olub heç kimin təsiri altına düşmədən doğru yolu seçmələrini tövsiyə ediblər.
Qeyd olunub ki, cənab Prezident İlham Əliyevin 2019-cu il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrasına dair müxtəlif səpkili tədbirlər davam edir. Azərbaycan dövlətinin bu problemlə bağlı müəyyənləşdirdiyi strategiya davamlı olaraq reallaşdırılır, yeni nəslin sağlam, milli və mənəvi ruhda tərbiyəsi üçün ardıcıl addımlar atılır.
Daha sonra narkomaniya ilə bağlı video çarx təqdim edilib,şagirdlərin sualları cavablandırılıb.

Keçidlər