Şriftin ölçüsü :

Saytın rəngi :

Novruz bayramı Abşeron rayonunun kənd və qəsəbələrində də böyük coşqu ilə qeyd olunub

19 mart 2025 | 16:28

Xalqımızın ən qədim bayramlarından olan Novruz bayramı Abşeron rayonunun bütün kənd və qəsəbələrində də böyük coşqu ilə qeyd olunub. Rayon İcra Hakimiyyətinin qəsəbə nümayəndəliklərinin və yerli bələdiyyələrin birgə təşkilatçılığı ilə ərsəyə gələn bayram şənliklərində şəhid ailələri, Vətən Müharibəsi iştirakçıları və sakinlər iştirak edib.

Şənliklərdə Novruzun personajları olan Kosa və keçəl tədbir iştirakçılarını əyləndirib, Dədə Qorqud və Bahar qızı hikmətli sözlər söyləyib, yazın gəlişindən xəbər verib, xalqımıza, vətənimizə qələbələr, uğurlar arzulayıblar.

Xalqımızın milli-mənəvi dəyərlərini özündə ehtiva edən müxtəlif oyunlar, zarafatlar, məktəblilərin Novruzun və xalqımızın qədim milli ənənələri ilə bağlı hazırladıqları ədəbi-bədii kompozisiyaları, şerləri, folklor kollektivlərinin maraqlı çıxışları, milli mətbəximizin ləziz təamları bayram tədbirinin iştirakçıları tərəfindən rəğbətlə qarşılanıb. Milli geyimli qızlar bayram xörəklərini nümayiş etdirib, şənlik iştirakçılarını şirniyyata qonaq ediblər.

Keçidlər