Narkomaniya əleyhinə maarifləndirmə tədbirləri Digah məktəbində davam etdirilib
Abşeronda həyata keçirilən narkomaniya əleyhinə maarifləndirmə tədbirləri bu gün də davam etdirilib. Rayon İcra Hakimiyyətinin və Rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə Digah qəsəbə tam orta məktəbində baş tutan tədbirdə İcra Hakimiyyətinin, Abşeron Rayon Polis İdarəsinin, Abşeron-Xızı Regional Təhsil İdarəsinin, rayon Gənclər və İdman İdarəsinin, qəsəbə Polikilinkasının əməkdaşları, rayon Ağsaqqallar Şurasının sədri və adıçəkilən təhsil müəssisələrinin müdirləri, müəllim və şagird heyəti iştirak ediblər.
Abşeron RİH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elvin Zalov, rayon Ağsaqqallar Şurasının sədri Nadir Ağayev, rayon Polis İdarəsinin baş inspektoru polis mayoru Elbrus Əhmədov və digər çıxış edənlər ölkəmizdə narkomaniyaya qarşı həyata keçirilən tədbirlər barəsində məlumat verərək bu bəlanın acı nətcələrindən danışıblar. Bildirilib ki, narkomaniya ilə mübarizə dövlətin davamlı siyasətinə daxildir. Natiqlər şagirdlərə hər zaman sağlam həyat tərzi sürmələrini, güclü iradəyə sahib olub, təsir altına düşmədən doğru yol seçmələrini tövsiyə ediblər.
Daha sonra narkomaniya ilə bağlı video çarx təqdim edilib, şagirdlərin sualları cavablandırılıb.