Şriftin ölçüsü :

Saytın rəngi :

Hörmətli Abşeron rayon sakinləri

01 iyul 2022 | 09:26
Qurban bayramı günlərində heyvanların kəsimi və satışı adi günlərlə müqayisədə kütləvi şəkildə həyata keçirilir. Bu proseslərin bəzi hallarda kəsim üçün nəzərdə tutulmayan yerlərdə baş verdiyi müşahidə edilir və bu da təhlükəli xəstəliklərin yayılmasına münbit şətrait yaratmaqla yanaşı, qanunvericiliklə müəyyən edilmiş qaydada ət və ət məhsullarının baytarlıq-sanitariya ekspertizasının aparılmasına, eyni zamanda, nəqliyyatın və əhalinin rahat hərəkətinə maneələr yaradır. Bütün bunları nəzərə alaraq, 09-10 iyul tarixlərində keçiriləcək Qurban Bayramı günlərində Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən heyvanların antisanitar şəraitdə kütləvi kəsiminin qarşısını almaq, əhalinin sağlamlığını qorumaq, baş verə biləcək zoonoz xəstəliklərin qarşısını almaq məqsədilə tədbirlər həyata keçirilib. Rayon ərazisində bayatarlıq-sanitariya və sanitariya-gigeniya tələblərinə cavab verən, müvafiq qurumlarla razılaşdırılanış, bütün loqistik şəraitə malik olan heyvan kəsimi məntəqələri yaradılıb.
 
Rayon ərazisində aşağıda göstərilən 4 loqistik şəraitə malik heyavan kəsimi məntəqələri və 2 yerdə diri heyvan satış xidməti yerləri ayrılıb:
Heyvan kəsim xidməti ünvanları:
Abşeron rayonu, Xırdalan şəhəri, Quşculuq massivi 180/90 -"Səhliyalı" kiçik müəssisəsi
Abşeron rayonu, Xırdalan şəhəri, Səttar Bəhlulzadə Məstiyev Nicat Şəmsi
Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev küçə 58 -"AZ MEATCO"
Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi "CANƏT" MMC
 
Diri heyvan Satışı xidməti ünvanları:
1.Abşeron rayonu, Hökməli qəsəbəsi, Bakı-Şamaxı yolunun 13-cu km-liyi
2.Abşeron rayonu, Saray qəsəbəsi, Bakı dairəvi yolun qəsəbə ərazisindən keçən hissəsi
Qurbanlıq heyvan kəsim və satışlarının göstərilən ünvanlarda aparılması xahiş olunur.
Abşeron Rayon İcra Hakimiyyəti Sizi xalqımızın müqəddəs Qurban bayramı münasibəti ilə təbrik edir, Sizə gözəl günlər, kəsdiyiniz qurbanların Allah dərgahında qəbul olunmasını arzulayır.
Keçidlər