Şriftin ölçüsü :

Saytın rəngi :

“Heydər Əliyev İli”nə həsr olunan inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb

10 iyun 2023 | 11:19

Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonda fəaliyyət göstərən ümumtəhsil müəssisələrində oxuyan IX-XI sinif şagirləri arasında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan tarixi” adlı inşa yazı müsabiqəsinə təqdim edilmiş yazıların münsiflər heyəti tərəfindən dinlənilməsi və qaliblərin mükafatlandırılması həyata keçirilib.

Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə çıxışlarda bildirilib ki, Ulu Öndər Heydər Əliyev bütün ömrünü sevdiyi xalqına, onun müstəqilliyinə, dövlətçiliyinə xidmətə həsr edib, ümumxalq sevgisi və məhəbbəti qazanıb. Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə təhsil sahəsinin inkişaf etdirilməsi, islahatların aparılması istiqamətində mühüm addımlar atılıb. Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda elm və təhsillə bağlı siyasəti artıq real şəkildə özünün müsbət təzahürünü göstərməkdədir. Əsası Ulu Öndər tərəfindən qoyulan təhsil siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təhsil sahəsinə xüsusi diqqətindən, Heydər Əliyev Fondunun bu sahədə həyata keçirdiyi çoxsaylı layihələrindən bəhs edilərək bütün görülən işlərin Azərbaycan təhsilinin inkişafında misilsiz rolunun olduğu vurğulanmışdır.

Müsabiqədə I yerə Görədil tam orta məktəbin şagirdi Aidə Hacıyeva, II yerə Məmmədli tam orta məktəbin şagirdi Məryəm Vahabzadə, III yerə isə Saray 1 nömrəli tam orta məktəbin şagirdi Nuray Muradlı layiq görülərək diplom və hədiyyələrlə təltif olunublar.

Keçidlər