“Heydər Əliyev İli” çərçivəsində Ümumilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş film günlərinə start verildi
“Heydər Əliyev İli” çərçivəsində Abşeron rayonunda Azərbaycan kinosunun 125, “Azərbaycanfilm” kinostudiyasının 100 illiyi münasibətilə Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş film günlərinə start verilib.
Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova Ulu Öndər Heydər Əliyevin mədəniyyət, o cümlədən kino sahəsinin inkişafına xüsusi diqqət və qayğısı olduğunu bildirib, eləcə də həmin siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, 2008-ci il avqustun 4-də ölkə başçısının Sərəncamı ilə təsdiq olunan “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın kino sənətimizdə əsaslı yeniliklərin başlanğıcı olduğunu vurğulayıb.
Daha sonra Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə, Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin rəis müavini Rüfət Mahmudzadə çıxış edərək, Azərbaycanda kino sənətinin xalqımızın mədəni-mənəvi həyatında mühüm rol oynadığını, Kino Gününün təsis edilməsində Ulu Öndər Heydər Əliyevin xüsusi rolunun olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıblar.
Çıxışlardan sonra Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən “Generalın planı” adlı filmə baxış keçirilib.