Şriftin ölçüsü :

Saytın rəngi :

Gənclərin iştirakı ilə Abşeronda ağacəkmə aksiyası keçirilib

12 noyabr 2025 | 17:43

Abşeron rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində ekoloji mühitin yaxşılaşdırılmasına yönəlmiş ağacəkmə aksiyası həyata keçirilib. Aksiyada Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova, RİH-in əməkdaşları, RİH könüllüləri, eləcə də Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecin tələbələri iştirak ediblər.

Aksiya Abşeron rayonunda ekologiyanın qorunması, yaşıllıq sahələrinin genişləndirilməsi və gənclərin ekoloji təşəbbüslərdə iştirakının artırılması məqsədi ilə təşkil olunub.

Tədbir çərçivəsində Xırdalan şəhərində Ümummilli Lider Heydər Əliyevin adını daşıyan parkın ərazisində 100 ədəd leylandr, eldar şamı, xan çinarı və müxtəlif dekorativ kollar əkilib. Əkilən tinglərə üzvi gübrə verilib və suvarma işləri aparılıb.

Qeyd edək ki, cari ildə Abşeron rayonunda “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş silsilə ağacəkmə aksiyaları keçirilib.

Keçidlər