Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeronda yaşıllaşdırma işləri davam edir

12 avqust 2022 | 15:07

Azərbaycanda reallaşdırılan milli inkişaf strategiyasının prioritet sahələrindən biri də ətraf mühitin mühafizəsini, həmçinin insanların sağlam təbii şəraitdə yaşamasını ən yüksək səviyyədə təmin etməkdir. Ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası ekoloji problemlərin operativ yoluna qoyulmasına, ətraf mühitin mühafizəsi istiqamətində ardıcıl və səmərəli tədbirlərin görülməsinə əlverişli şərait yaradıb. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu ənənə bu gün cənab Prezident İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirilir. Ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair həyata keçirilən yaşıllaşdırma və yeni meşəsalma və bərpa işlərinin ardıcıl, sistemli və möhtəşəm miqyasda həyata keçirilməsi dövlət başçımızın təbiətə qayğısı ilə bağlıdır.


Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizdə yeni yaşıllıqların salınmasına və mövcud yaşıllıq sahələrinin qorunmasına xüsusi qayğı göstərilir. Bu məsələdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü və dəstəyi ilə həyata keçirilən layihələrin də mühüm rolu var.


Otuz il ərzində Qarabağdakı nəinki tarixi, mədəni-dini abidələrimiz, infrastrukturumuz, hətta bu yerlərin hər daşı da, torpağı da erməni terroruna məruz qalıb. Bu illər ərzində Qarabağın təbiəti ekoloji terror nəticəsində tamamilə məhv edilib. Kəlbəcərin işğaldan azad olunduğu son günlərin televiziya vasitəsilə yayımlanan verilişlərində aydın hiss etmək olurdu ki, düşmənlər burada evləri, meşələri yandırır, ekoloji terror törədirdilər. Bu gün isə qalib Azərbaycan dövləti işğaldan azad edilmiş torpaqlarımızda tikinti-quruculuq işləri ilə yanaşı, yaşıllıqları da bərpa etməyə başlayıb. Müharibədən dərhal sonra cənab Prezident İlham Əliyevin göstərişi ilə ermənilərin ekologiyaya vurduqları ziyan aradan qaldırılmağa başlanıldı. Zəfər günündə 44 günün şərəfinə ölkə üzrə 44 min ağac əkilməsi aksiyası çərçivəsində Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Cıdır düzündə ağac əkdilər. Bununla da Topxana meşəsinin bərpasına başlanıldı. Bundan sonra Heydər Əliyev Fondunun layihəsi çərçivəsində “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri tərəfindən Topxana meşəsində ağacəkmə aksiyası keçirildi. İndiyə kimi Cəbrayıl, Zəngilan, Qubadlı, Füzuli, Laçın, Kəlbəcər, Ağdam rayonları və Şuşada ümumilikdə 40 mindən çox ağac tingləri əkilib. Burada eldar şamı, göyrüş, qarağac, dağdağan və digər müxtəlif cinsli ağaclar əkilib,

 


Müxtəlif vaxtlarda icra olunan ekoloji layihələr Azərbaycanın bütün regionlarını əhatə etməklə, ümumilikdə ölkəmizin ekoloji vəziyyətinin sağlamlaşdırılmasına böyük töhfələr verir.

Abşeron rayonunda yeni yaşıllıq zolaqlarının salınması və ətraf mühitin mühafizəsi istiqamətində işlər davam etdirilir. Rayon ərazisində müxtəlif yerlərdə yaşıllıqların salınması, parkların və xiyabanların tikintisi, hətta nümunəvi həyətlərin sayının artırılması diqqət mərkəzində saxlanılır.

Abşeron Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə reallaşan silsilə tədbirlər çərçivəsində növbəti yaşıllaşdırma aksiyası Bakı-Şamaxı və Bakı-Sumqayıt avtomagistrallarının rayon ərazisindən keçən hissəsində təşkil edib.

Keçirilən yaşıllaşdırma aksiyasında eldar şamı, alyandr, mövsümü gül, dekorativ kol və ağaclar əkilib, 1150 kv.m qazon vurulub və ərazidə təmizlik-abadlıq işləri aparılıb. Eyni zamanda, əvvəl əkilən ağac və gül kollarına da aqrotexniki quluq göstərilib.

Aksiyanın keçirilməsində məqsəd ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, ictimaiyyətin diqqətini yaşıllıqların qorunmasına yönəltməkdir.

Abşeron rayonunda yaşıllaşdırma işləri çərçivəsində rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Xırdalan şəhəri, Hökməli–Qobu, Novxanı-Binəqədi, Digah-Mehdiabad, Bakı-Şamaxı və Bakı-Sumqayıt avtomobil yollarının Abşeron rayon ərazisindən keçən hissələrində təkcə son 6 ay ərzində 3450 kv.m qazon vurulub, 300 alyandr, 19600 mövsümü güllər, 1100 həmişəyaşıl kol, 750 ərik, 550 badam, 1550 şam ağacı, 300 zeytun, 300 tuya ağacları əkilib. Cari ilin ilk 6 ayı ərzində ümumilikdə rayonun kənd və qəsəbələrində 27 min ağac və gül kolları əkilib.

Abşeron rayonunda yaşılaşdırma işlərinin bundan sonrada davam etdirilməsi nəzərdə tutulub.

Keçidlər