Abşeronda vətəndaş cəmiyyəti institutları tərəfindən silsilə tədbirlər keçirilib
Abşeron Rayon İcra Hakimiyyətinin (RİH) təşkilati dəstəyi ilə vətəndaş cəmiyyəti institutları tərəfindən rayonun müvafiq qurumlarında “Yeni Xətt” Siyasi Tədqiqatlar Mərkəzinin “Tarixi qələbəmizin yaratdığı reallıqlar”, “Zirvə” İslahatlara Dəstək Mərkəzi İB-nin “Korrupsiyaya qarşı mübarizəyə gənclər potensialının cəlb edilməsi”, “İstedadlı Əlillər” İB-nin “Əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası və onlar arasında Abilimpiya hərəkatını və Paralimpiyanın təbliği” və “Demokratik Cəmiyyət və Qadın hüquqlarının müdfafiəsi” İB-nin “İnsan alveri-ümumbəşəri bəla” adlı maarifləndirici tədbirləri keçirilib.
Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzi, Rayon Mədəniyyət Mərkəzində, BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kolleci və Qobu qəsəbə 3 nömrəli tam orta məktəbdə keçirilən tədbirlərdə Abşeron RİH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşları, Abşeron Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Xatirə İsmayılova, şəhid ailələri və qazilər, tələbə və şagirdlər, KİV və QHT nümayəndələri iştirak ediblər.
Abşeron RİH və QHT nümayəndələri tərəfindən tədbirlərdə ölkədə, o cümlədən Abşeron rayonunda da vətəndaş cəmiyyəti instutlarının sərbəst və fəal fəaliyyəti üçün hər cür şərait yaradıldığı vurğulanıb, hazırda ölkə QHT-lərinin cəmiyyətlə dövlət orqanları arasında etimadlı münasibətlərin yaradılması qeyd edilib.