Abşeronda “Uşaq hüquqları” mövzusunda silsilə tədbirlər keçirilib
Abşeron Rayon İcra Hakimiyyəti yanında “Gender zorakılığı və uşaqlara qarşı zorakılıq” üzrə monitorinq qrupunun tədbirlər planı, eləcədə “Uşaq hüquqları aylığı” çərçivəsində rayon ərazisində fəaliyyət göstərən təhsil müəssisələrində “Uşaq hüquqları” və uşaq hüquqlarının pozulmasında başlıca səbəblərdən biri olan erkən nikahın qarşısının alınmasına dair “Erkən nikah və onun fəsadları” mövzularında silsilə tədbirlər keçirilib. Abşeron Rayon İcra Hakimiyyəti, Abşeron Rayon Qeydiyyat şöbəsi, Abşeron Rayon Uşaq Polikilinikası, Abşeron-Xızı Regional Təhsil İdarəsi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Abşeron rayon nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirlən tədbirlərdə uşaq hüquqları sahəsində mövcud olan beynəlxalq və ölkədaxili normativ hüquqi aktlar, BMT-nin adı çəkilən konvensiyası və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanunu ilə müəyyən olunmuş uşaqların hüquqları və vəzifələri, həmin hüquqların müdafiəsi mexanimzləri, barədə ətraflı məlumat verilib.
Bildirib ki, BMT tərəfindən qəbul edilmiş bu saziş dünyanın hər bir yerində yaşayan uşaqlara konvensiya ilə müəyyən edilmiş hüquqları təmin edir. Konvensiya uşaqların yaşaması və inkişafı üçün zəruri olan minimum standartları müəyyən edir. Uşaq Hüquqları Konvensiyasının 54 maddəsinin hər birində ayrı-ayrı hüquqlardan danışılır. Burada inkişaf, müdafiə, iştirak və yaşamaq hüquqları əhatə olunur.
Çıxışlardan sonra tədbirlər qarşılıqlı diskussiya şəkilində davam edib.