Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeronda “Sənətkarlığın sosial-iqtisadi inkişafında qadınların rolu” adlı tədbir keçirilib

19 iyul 2023 | 18:57

Abşeron Rayon İcra Hakimiyyətinin və “Azərbaycan Mədəni İrs Sənətkarlığına Dəstək və Kreativ Sənaye” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin iştirakı ilə “Sənətkarlığın sosial-iqtisadi inkişafında yaradıcı qadınların rolu” adlı tədbir keçirilib.

“Heydər Əliyev ili” çərçivəsində təşkil edilmiş tədbirdə çıxış edən “Azərbaycan Mədəni İrs Sənətkarlığına Dəstək və Kreativ Sənaye” İctimai Birliyinin sədri Aytən Həsənova layihənin məqsədindən danışıb, sənətkarlar tərəfindən xalq sənət növlərindən olan qurama sənəti, dulusçuluq, keramika haqqında da ətarflı məlumatlar verib.

Daha sonra qadınlar və uşaqlar arasında xalq sənətkarlığına marağın yaradılması, onların istedad və bacarıqlarının üzə çıxarılaraq peşə yönümündə inkişafına dəstək göstərilməsi istiqamətində maarifləndirici söhbətlər aparılıb, müxtəlif milli suvenirlərin hazırlanması qaydası üzrə ustad dərslər təşkil olunub.

Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova çıxışında müasir Azərbaycanda qadın siyasətinin müəllifi və banisinin Ümummilli Lider Heydər Əliyevin olduğunu, dövlətimiz tərəfindən ölkəmizdə qadınların hüquqlarının qorunması, onların ictimai fəallığının təşkili, ölkənin siyasi, sosial, iqtisadi və mədəni həyatında rolunun artırılması məsələlərini hər zaman diqqət mərkəzində saxladığını,  eyni zamanda qadınlarla bağlı məsələlərin həlli üçün imzalanan mühüm fərman və sərəncamların qadın hüquqlarının təminatı istiqamətində irəliyə doğru atılmış tarixi addımlar olduğunu bildirib. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin dövlət siyasətində müəyyən etdiyi prioritet istiqamətlərdən biri də qadınların hüquqlarının müdafiəsi, onlar üçün yaradılan bütün imkanların daha da genişləndirilməsi olduğunu vurğulayan G.Rəhimova qeyd edib ki, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva öz geniş fəaliyyəti ilə beynəlxalq aləmdə Azərbaycan qadınının nüfuzunu daha da yüksəklərə qaldırır.

Sonda bu kimi tədbirlərin gələcəkdə də ardıcıl və silsilə xarakterli olaraq keçiriləcəyi vurğulanıb, tədbir iştirakçıları ilə xatirə şəkili çəkdirilib.  "Sara Xatun" Mədəni Maarifçilik” və “Azərbaycan Mədəni İrs Sənətkarlığına Dəstək və Kreativ Sənaye” İctimai Birlikləri tərəfindən tədbir iştirakçılarına hədiyyələr verilib.

Keçidlər