Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeronda “Qadınların seçki hüququ” mövzusunda seminar keçirilib

23 avqust 2024 | 14:10

Abşeron rayonunda “Qadınların seçki hüququ” mövzusunda seminar keçirilib. Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində baş tutan seminarda RİH başçısının müavini Gülnar Rəhimova və rayonun ictimai-siyasi həyatında aktiv fəalillığı ilə seçilən  bir qrup gənclər, o cümlədən RİH-də təcrübə keçən könüllülər iştirak edib.

G.Rəhimova çıxış edərək qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu qadınlar siyasəti hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva öz geniş fəaliyyəti ilə beynəlxalq aləmdə Azərbaycan qadınının nüfuzunu daha da yüksəklərə qaldırır.

G.Rəhimova bu il ölkəmizdə keçiriləcək COP29 tədbirlərindən də ətraflı danışıb, tədbirlərin keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin tərkibində ölkəmizin ictimai-siyasi həyatında fəallığı ilə seçilən geniş tərkibdə qadınların təmsilçiliyini xüsusi qeyd edib.

Qeyd edilib ki, bu gün müstəqil Azərbaycanın qadınları parlamentdə, icra hakimiyyəti orqanlarında, bələdiyyələrdə, təhsil, səhiyyə sahələrində, biznes strukturlarında, kənd təsərrüfatında, orduda, idmanda, hüquq mühafizə orqanlarında, İKT sahəsində bərabər vəzifələrdə təmsil olunurlar.

Seminarda respublikamızın siyasi həyatında, dövlət və yerli özünüidarəetmə orqanlarında qadınların iştirakı, fəaliyyəti və rolu barədə fikir mübadiləsi aparılıb, ictimai-siyasi proseslərdə onların fəallığının təmin edilməsinin vacibliyi vurğulanıb.

Tədbirin sonunda seminar iştirakçılarının sualları cavablandırılıb.

Keçidlər