Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeronda Novruz bayramı günlərində sağlamlıq imkanları məhdud uşaqlar ziyarət edilib

21 mart 2025 | 14:57

Abşeron rayonunda Vətən Müharibəsi şəhidlərinin övladları və RİH əməkdaşları rayonunun Saray qəsəbəsində yerləşən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 2 saylı Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün Sosial Xidmət Müəssisəsini ziyarət ediblər.

Ziyarət zamanı Abşeron Rayon İcra Hakimiyyətinin başçısının müavini Gülnar Rəhimova  əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan dövlət uşaq siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın bu istiqamətdə çoxşaxəli fəaliyyəti, qəbul olunan Dövlət proqramları çərçivəsində həyata keçirilən layihələri barədə danışaraq, suveren ölkəmizin övladlarının xüsusi diqqət və qayğı ilə əhatə olunduğunu qeyd edib. Uşaqları Novruz bayramı münasibəti ilə təbrik edən G.Rəhimova onlara gələcək həyatlarında uğurlar arzulayıb.

Daha sonra 2 saylı Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün Sosial Xidmət Müəssisəsinin kollektivi tərəfindən hazırlanan bədii proqram təqdim edilib, şəhid övladlarının müəssisə sakinləri ilə Novruz sevincinin səmimi söhbət, birgə rəqslərlə davam etdirilməsi bayram tədbirini daha da rəngarəng edib.

Sonda Abşeron RİH tərəfindən müəssisəsəyə və sağlamlıq imkanları məhdud uşaqlara bayram sovqatı təqdim olunub, xatirə fotoları çəkilib.

Keçidlər