Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeronda “Narkomaniyaya qarşı mübarizə aylığı” keçirilib

25 iyun 2024 | 12:06

Abşeron Rayon İcra Hakimiyyəti (RİH) yanında “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə” rayon komissiyasının təşəbbüsü ilə “26 may- 26 iyun narkomaniyaya qarşı mübarizə aylığı” ilə əlaqədar  rayonun səhiyyə, mədəniyyət, idman və təhsil müəssisələrində tədbirlər keçirilib. Rayon İcra Hakimiyyəti başçısının müavini, Abşeron RİH yanında “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə” rayon komissiyasının sədri Gülnar Rəhimova narkomaniya ilə mübarizə sahəsində keçirilən tədbirlərdə çıxış edərək, cari dövrü əhatə edən Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 iyul tarixli 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın məqsədinin respublikada narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təblığatı, ictimai maarifləndirmə işinin əhatəsinin genişləndirilməsi, narkomanlığa düçar olmuş şəxslərin müalicəsi, reabilitasiyası və resosializasiyası istiqamətində yeni üsulların tətbiqi, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, vətəndaş cəmiyyəti inistutları ilə əməkdaşlığın gücləndirilməsi və digər geniş miqyaslı məsələlərdən ibarət olduğunu iştirakşıların diqqətinə çatdırıb, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupu  tərəfindən mövcud və yeni yaradılmış qaynar xəttləri barədə məlumat verib.

Aylıq çərçivəsində keçirilən silsilə tədbirlərdə Abşeron RİH-in və inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin, Abşeron Ağsaqqallar Şurasının sədri, şəhid Vidadi Zalovun atası Nizami Zalov,  Abşeron rayon Polis İdarəsinin, Abşeron Rayon Mərkəzi Xəstəxanasının, mədəniyyət, idman və təhsil sektorlarının məsul şəxsləri, eləcə də QHT sədrləri və dini icma rəhbərləri çıxış edərək cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə mənfi təsir göstərən, insanların həyat və sağlamlığı üçün ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına səbəb olan bu amilin Abşeron rayonunda qarşısının alınması istiqamətində müvafiq tədbirlərin aparıldığını qeyd ediblər. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, maarifləndirici bukletlər paylanılıb.

Məlumat üçün bildiririk ki, “Narkomaniyaya qarşı mübarizə aylığı” çərçivəsində həmçinin “Narkomanlığa qarşı mübarizədə rayon komissiyasının rolu” mövzusunda konfrans, o cümlədən təlim-seminar keçirilib.

Keçidlər