Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeronda “Mərkəzə doğru” layihəsi çərçivəsində silsilə tədbirlər keçirildi

25 oktyabr 2023 | 17:07

Abşeron Rayon İcra Hakimiyyətinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Abşeron-Xızı regional nümayəndəliyinin Abşeron bölməsinin təşkilatçılığı ilə “Mərkəzə doğru” layihəsi çərçivəsində rayon ərzasində məktəblilər üçün bir sıra maarifləndirici silsilə tədbirlər həyata keçirildi.

Maarifləndirici tədbirlərdə Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Abşeron-Xızı regional nümayəndəliyinin Abşeron bölməsinin  məktəbin yuxarı sinif şagirdlərinə “komanda quruculuğu və kommunikasiya bacarıqları” mövzusunda təlimlər keçirildi. Layihə çərçivəsində Xırdalan şəhər 5 və 11 saylı tam orta məktəblərdə iştirakçılara gənclər üçün yaradılmış imkanlar, komanda quruculuğu, qeyri-formal təhsilin əhəmiyyəti, effektiv kommunikasiya yolları, kommunikasiyada bədən dili, kommunikasiyada rəng psixologiyası , həmçinin gənclərə qurumun fəaliyyət istiqamətləri, üzvlük sistemi, könüllülük, həyata keçirilən layihələr, təlimlər haqqında məlumat verilib.Tədbirin sonunda  isə Abşeron rayon İcra hakimiyyətinin və  Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Abşeron-Xızı regional nümayəndəliyinin Abşeron bölməsinin məsul əməkdaşları tərəfindən gənclərin ideya və təklifləri dinlənilib.

Məlumat üçün bildiririk ki, layihənin il ərzində rayonun digər məktəblərində də keçirilməsi planlaşdırılır.

Keçidlər