Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeronda icbari tibbi sığorta haqqında maarifləndirmə tədbirləri davam edir

05 sentyabr 2022 | 12:52

Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikada həyata keçirilən səhiyyə islahatları icbari tibbi sığortanın tətbiqinə geniş imkanlar yaradıb. Ölkəmizdə səhiyyənin inkişafı istiqamətində həyata keçirilən tədbirlər, müasir infrastrukturun yaradılması, əhaliyə göstərilən tibbi xidmətin səviyyəsini xeyli yüksəldib. Kadr hazırlığının aparılması, səhiyyə müəssisələrində ən müasir tibbi avadanlıqların quraşdırılması, yeni texnologiyaların tətbiqi, mürəkkəb cərrahi əməliyyatların aparılması səhiyyə sisteminin səviyyəsinin yüksəlməsinə təkan verir.

Məlum olduğu kimi 01.04.2021-ci il tarixdən Bakı, Sumqayıt şəhərləri, o cümlədən Abşeron rayonu ərazisində icbari tibbi sığortanın tətdbiqinə başlanılıb. Bununla əlaqədar rayonun səhiyyə sistemində struktur dəyişikliklər baş verib. Səhiyyə sistemi İcbari Tibbi Siğorta üzrə Dövlət Agentliyinin tələblərinə uyğunlaşdırılıb, əhali arasında mütəmadi olaraq İcbari Tibbi Sığorta üzrə Xidmətlər Zərfi haqqında maarifləndirmə işləri aparılıb.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) təşkilatçılığı ilə Abşeron rayonunun kənd və qəsəbələrində, eləcə də Xırdalan şəhərində maarifləndirmə tədbirlərinə start verilib.

İyun-avqust aylarında təşkil olunan maarifləndirici görüşlər rayonun 15 kənd və qəsəbəsini əhatə edib. Keçirilən tədbirlərdə rayon mərkəzi xəstəxanasının məsul əməkdaşları iştirak ediblər.

Maarifləndirici görüşlərə müxtəlif idarə, müəssisə və təşkilatların, habelə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin əməkdaşları və digər əhali kateqoriyalarından vətəndaşlar dəvət olunublar.

Abşeron Rayon Mərkəzi Xəstəxanası - Xırdalan Ailə Sağlamlıq Mərkəzinin həkimləri də ərazilər üzrə sakinlərlə görüşür, sakinləri maraqlandıran sualları cavablandırır və icbari tibbi sığorta ilə bağlı vətəndaşları maarifləndirirlər.

Rayon mərkəzi xəstəxanasının məsul əməkdaşları tərəfindən iştirakçılara icbari tibbi sığorta sistemi, icbari tibbi sığorta haqları, Xidmətlər Zərfi ilə təminat verilən tibbi xidmətlər, TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələri haqqında ətraflı məlumat verilib. Bununla yanaşı vətəndaşlara dövlət tibb müəssisələrində və Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrində icbari tibbi sığortadan istifadə qaydaları izah olunub.
Bu kimi tədbirlərin bundan sonra da keçirilməsi nəzərtdə tutulub.

Keçidlər