Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeronda "Gender və uşaqlara qarşı zorakılıq" üzrə monitorinq qrupunun iclası keçirilib

01 noyabr 2022 | 19:57

Abşeron Rayon İcra Hakimiyyəti yanında “Gender zorakılığı və uşaqlara qarşı zorakılıq” üzrə monitorinq qrupunun üzvlərinin iştirakı ilə yerlərdə vəziyyətin qiymətləndirilməsi, həyata keçirilən tədbirlərin effektivliyinin yoxlanılması, riskli ailələr müəyyən edilərək lazımi dəstəyin göstərilməsi, zorakılığın səbəblərinin araşdırılması və təhlil edilməsi, xüsusilə də baş vermiş ağır zorakılıq hallarının müzakirəsi, zorakılıq qurbanlarının müdafiəsi və müvafiq yardımlarla təmin edilməsi üzrə fəaliyyətlərin əlaqələndirilməsi məqsədini daşıyan dəyirmi masa keçirilib.

RİH başçısının müavini Gülnar Rəhimova görüşdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli 213 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nın və “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın icrası istiqamətində tədbirlərin gücləndirilməsi və bu sahədə müvafiq dövlət qurumları və QHT-lərin iştirak ilə maarifləndirilmə işinin aparılmasının vacibliyini vurğulayıb.

Görüşdə monitorinq qrupunda təmsil olunan təhsil, səhiyyə, ədliyyə və hüquq-mühafizə orqanlarının əməkdaşları hesabat xarakterli çıxış edərək görülmüş işlər və qarşıda duran vəzifələr barəsində məlumat veriblər.

Sonda RİH başçısının müavini Gülnar Rəhimova Gender zorakılığı və uşaqlara qarşı zorakılığ ilə mübarizə istiqamətində müdafiə mexanizminin gücləndirilməsi məqsədilə rayonun ümumtəhsil məktəblərində pisxoloqların şagirdlər ilə mütəmadi olaraq görüş və təlimlərin keçirilməsini, həkimlər tərəfindən vətəndaşlar arasında maarifləndirici söhbətlərin aparılmasını, eyni zamanda Rayon Ağsaqqallar Şurasının üzvlərinin iştirakı ilə valideyinlər və ailənin ahıl yaşlıları ilə görüşlərin keçirilməsinin vacilbliyini diqqətə çatdırıb.

Monitorinq qrupunun üzvləri bu məsələlərlə bağlı geniş müzakirələr apararaq gələcəkdə bu sahədə daha səmərəli fəaliyyət göstərəcəklərini qeyd ediblər.

Keçidlər