Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeronda "Gender və uşaqlara qarşı zorakılıq" üzrə monitorinq qrupunun görüşü keçirilib

28 mart 2024 | 14:53

Abşeron Rayon İcra Hakimiyyəti yanında "Gender və uşaqlara qarşı zorakılıq" üzrə monitorinq qrupunun üzvlərinin iştirakı ilə yerlərdə vəziyyətin qiymətləndirilməsi, həyata keçirilən tədbirlərin effektivliyinin yoxlanılması, riskli ailələr müəyyən edilərək lazımi dəstəyin göstərilməsi, zorakılığın səbəblərinin araşdırılması və təhlil edilməsi, xüsusilə də baş vermiş ağır zorakılıq hallarının müzakirəsi, zorakılıq qurbanlarının müdafiəsi və müvafiq yardımlarla təmin edilməsi üzrə fəaliyyətlərin əlaqələndirilməsi məqsədini daşıyan növbəti görüş keçirilib.

RİH başçısının müavini, monitorinq qrupunun sədri Gülnar Rəhimova 23 fevral 2024-cü ildə "Məişət zorakılığının qarşısının alınması haqqında"  qanununda dəyişiklik edilməsi,  o cümlədən qanunun icrasında rayon icra hakimiyyətlərinin qarşısında qoyulmuş vəzifələr və bununla bağlı rayonda görülmüş işlər barədə ətraflı məlumat verərək bildirib ki, qanun layihəsi “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Prezidentinin müvafiq Sərəncamının icrasının təmin edilməsi, məişət zorakılığı ilə mübarizə sahəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsi məqsədilə hazırlanıb.

G.Rəhimova həmçinin Abşeron rayonu üzrə 15 bələdiyyənin nəzdində yaradılmış gender və uşaqlara qarşı zorakılıq üzrə komissiyaların məişət zorakılığı ilə mübarizədə, o cümlədən risk qrupuna daxil olan ailələrin aşkar edilməsi, onlarla profilaktik iş aparılmasında faəliyyətlərinin dahada güclədnirilməsinin vacibliyini vurğulayıb.

Görüşdə monitorinq qrupunda təmsil olunan təhsil, səhiyyə, ədliyyə və hüquq-mühafizə orqanlarının əməkdaşları hesabat xarakterli çıxış edərək cari dövr ərzində görülmüş işlər və qarşıda duran vəzifələr barəsində məlumat veriblər.

Sonda RİH başçısının müavini Gülnar Rəhimova Gender zorakılığı və uşaqlara qarşı zorakılığ ilə mübarizə istiqamətində müdafiə mexanizminin gücləndirilməsi məqsədilə rayonun ümumtəhsil məktəblərində pisxoloqların şagirdlər ilə mütəmadi olaraq görüş və təlimlərin keçirilməsini, həkimlər tərəfindən vətəndaşlar arasında maarifləndirici söhbətlərin aparılmasını, eyni zamanda Rayon Ağsaqqallar Şurasının üzvlərinin iştirakı ilə valideyinlər və ailənin ahıl yaşlıları ilə görüşlərin keçirilməsinin vacilbliyini diqqətə çatdırıb.

Keçidlər