Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeronda gender əsaslı zorakılıqla mübarizə çərçivəsində maarifləndirici tədbirlər keçirilib

25 noyabr 2026 | 16:45

Abşeron rayonunda 25.11.2026-cı il tarixində 25 noyabr – 10 dekabr tarixlərini əhatə edən “Gender əsaslı zorakılıqla mübarizə” kampaniyası çərçivəsində Rayon İcra Hakimiyyəti tərəfindən maarifləndirici tədbirlər keçirilib.

Tədbirlərin əsas məqsədi gender əsaslı zorakılıq və onun müxtəlif təzahür formaları barədə ictimai maarifləndirmənin gücləndirilməsi, zorakılığın qarşısının alınması yollarının təbliği, zərərçəkmiş şəxslərin hüquqları və müdafiə mexanizmləri barədə məlumatlılığın artırılması olub.

İlk olaraq Xırdalan Bələdiyyəsində təşkil olunan tədbirdə Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini, gender məsələləri üzrə məsul şəxs Gülnar Rəhimova, Xırdalan Bələdiyyəsinin gender məsələləri üzrə məsul şəxsi, şəhid xanımı Pərvin Musayeva, rayonun digər inzibati ərazilərində fəaliyyət göstərən bələdiyyələrin gender komissiyalarının sədrləri və üzvləri, eləcə də Abşeron könüllüləri iştirak ediblər.

Maarifləndirici tədbir daha sonra Abşeron Rayon Mərkəzi Xəstəxanasında müəssisənin rəhbəri Hacı Lətifovun və tibb işçilərinin iştirakı ilə davam etdirilib.

Tədbirlərdə çıxış edən Gülnar Rəhimova gender əsaslı zorakılıqla mübarizə sahəsində qanunvericiliyin müvafiq tələbləri, zərərçəkmiş şəxslərin hüquqlarının müdafiəsi və onların dəstək xidmətlərinə yönləndirilməsi mexanizmləri barədə ətraflı məlumat verib.

Praktiki nümunələr əsasında aparılan müzakirələrdə zorakılıq hallarının vaxtında aşkarlanması və qiymətləndirilməsi, bu hallara çevik və peşəkar müdaxilənin, eləcə də aidiyyəti qurumlar arasında əlaqələndirilmiş fəaliyyətin əhəmiyyəti vurğulanıb. İştirakçıların sualları cavablandırılıb və fikir mübadiləsi aparılıb.

Kampaniya çərçivəsində mövzuya aid hazırlanmış maarifləndirici informasiya materialları, habelə, “Zorakılıq qurbanı olma, yardım istə!” şüarı ilə hazırlanmış ərizə-şikayət qutuları bələdiyyə, təhsil və səhiyyə müəssisələrinə təhvil verilib.

#Abşeron #AbşeronRİH #GenderBərabərliyi #GenderƏsaslıZorakılıqlaMübarizə #ZorakılığaSon #BizBirlikdəGüclüyük #16GünlükFəallıq

Keçidlər