Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeronda “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası elan olundu

28 noyabr 2024 | 16:46

Abşeron rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 25 noyabr - 10 dekabr tarixlərində “Gender əsaslı zorakılıqla mübarizə” kampaniyası çərçivəsində tədbir keçirildi. Tədbirdə Abşeron rayon İcra Hakimiyyəti Başçısının müavini Gülnar Rəhimova, rayonun orta ümumtəhsil müəssisələrinin, Ailə Sağlamlıq Mərkəzlərinin , o cümlədən bələdiyyələrin nəzdində yaradılmış gender komissiyalarının rəhbərləri, habelə Gənclər Karyera Mərkəzi, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri və psixoloqlar iştirak etdilər.

Tədbirdə çıxış edən G.Rəhimova qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev cəmiyyətimizin ictimai həyatında qadınların rolunun artırılmasına, onların dövlət idarəçiliyinə cəlb olunmasına xüsusi diqqət ayırmışdır. Bu siyasətin hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayan G.Rəhimova əlavə edib ki, hazırda dövlət idarəçiliyinin bir neçə yüksək vəzifələrində qadınlar təmsil olunur. G.Rəhimova bu sahədə hüquqi bazanın təkmilləşdirilməsi və bərabər hüquqların təmin edilməsi üçün müvafiq tədbirlərin görülməsi, 23 fevral 2024-cü ildə "Məişət zorakılığının qarşısının alınması haqqında"  qanunda dəyişiklik edilməsi,  o cümlədən sözügedən qanunun icrasında rayon icra hakimiyyətlərinin qarşısında qoyulmuş vəzifələr və bununla bağlı rayonda görülmüş işlər barədə ətraflı məlumat verib.

Ölkəmizdə noyabrın 25-dən etibarən “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyasına start verildiyini xatırladan G.Rəhimova erkən nikaha, qız övladlarının  təhsildən yayındırılmasına qarşı birgə tədbirlərin keçirilməsinin,  ö cümldən gender əsaslı tədbirlərin kütləviliyinin artırılması istiqamətində vətəndaş cəmiyyəti institutları ilə birgə əməkdaşlığın əhəmiyyətindən danışıb.

Daha sonra tədbirdə  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın müraciəti dinlənilib, kampaniyanın yerlərdə keçirilməsinə dair təkliflər səsləndirilib, suallar cavablandırılıb.

Keçidlər