Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeronda “COP29: Qadınların iqlim dəyişikliyi hərəkatına çağırışı” mövzusunda tədbir keçirilib

18 iyun 2024 | 12:00

Abşeron rayonunda 18 iyun - Milli İnsan Hüquqları Gününə həsr edilən “COP29: Qadınların iqlim dəyişikliyi hərəkatına çağırışı” mövzusunda tədbir keçirilib. Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə RİH başçısının müavini Gülnar Rəhimova və rayonun ictimai-siyasi həyatında aktiv fəalillığı ilə seçilən  bir qrup qadınlar, o cümlədən rayonun orta ümumtəhsil məktəblərinin rəhbərləri iştirak edib.

Tədbirdə G.Rəhimova çıxış edərək bu il ölkəmizdə keçiriləcək COP29 tədbirlərindən ətraflı danışıb, tədbirlərin keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin tərkibində ölkəmizin ictimai-siyasi həyatında fəallığı ilə seçilən geniş tərkibdə qadınların təmsilçiliyini xüsusi qeyd edib. 

Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu qadınlar siyasəti hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva öz geniş fəaliyyəti ilə beynəlxalq aləmdə Azərbaycan qadınının nüfuzunu daha da yüksəklərə qaldırır.

G.Rəhimova COP29 kimi mühüm bir tədbirin Azərbaycanda keçirilməsinin dövlətimizin yaşıl iqtisadiyyata keçid strategiyasının, milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunmasına, iqlim dəyişmələrinin qarşısının alınması işinə verdiyi töhfənin məntiqi nəticəsi olduğu, bu siyasətin əsasının Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu və Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının təsdiqlənməsi ilə yanaşı  digər strateji və hüquqi sənədlərin  qəbul olunması, hazırda bu siyasətin uğurla Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirildiyi, iqlim dəyişikliyinə qarşı mübarizə istiqamətində, o cümlədən 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən ardıcıl tədbirlərin vacibliyini vurğulayıb.

Daha sonra Abşeron RİH-nin baş məsləhətçisi İlahə Eyvazova, Saray qəsəbə 3 nömrəli tam orta məktəbin direktoru, əməkdar müəllim Teyyubə Hüseynova və digərləri mövzu ətrafında çıxışlar edib, gələcək fəaliyyətə dair təklif və tövsiyələrini səsləndiriblər.

Keçidlər