Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeronda “Cənub” İdman Klubunun boks zalının açılışı olub

13 may 2026 | 17:40

Mayın 13-də Abşeron rayonunun Mehdiabad qəsəbəsində fəaliyyətə başlayan “Cənub” İdman Klubunun yeni boks zalının açılış mərasimi keçirilib.

Tədbirdə Gənclər və İdman naziri Fərid Qayıbov, Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova, Azərbaycan Boks Federasiyasının baş katibi Nağı Səfərov, idman ictimaiyyətinin nümayəndələri və gənc idmançılar iştirak ediblər.

Açılış mərasimində çıxış edənlər ölkədə idmanın inkişafına göstərilən dövlət qayğısından, xüsusilə regionlarda müasir idman infrastrukturunun yaradılmasının əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, yeni istifadəyə verilən zal gənclərin sağlam həyat tərzinə cəlb olunmasına və boks idman növünün inkişafına mühüm töhfə verəcək.

Daha sonra zalın rəhbəri, Əməkdar məşqçi Samir Həsənov qonaqlara idman zalında yaradılmış şərait, avadanlıqlar və məşq prosesi barədə ətraflı məlumat verib.

Gənclər və İdman naziri Fərid Qayıbov və Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova zalın fəaliyyəti ilə yaxından tanış olub, idmançıların məşq prosesini izləyərək onlarla söhbət aparıblar.

Bildirilib ki, yeni zalda müxtəlif yaş qrupları üzrə idmançıların hazırlığı həyata keçiriləcək, gələcəkdə rayonun və ölkənin idman uğurlarına töhfə verəcək perspektivli boksçuların yetişdirilməsi istiqamətində işlər görüləcək.

Keçidlər