Abşeronda “Beynəlxalq Könüllülər Günü” münasibəti ilə ağacəkmə aksiyası keçirilib
“Heydər Əliyev ili” çərçivəsində Abşeron rayonunda 5 Dekabr - Beynəlxalq Könüllülər Günü münasibəti ilə ağacəkmə aksiyası keçirilib.
Bakı-Şamaxı yolunun Abşeron rayonu ərazisinə düşən hissəsində keçirilən tədbirdə Abşeron Rayon İcra Hakimiyyəti başçısının I müavini Yusif Sadıqov, Abşeron RİH-nin və YAP Abşeron Rayon Təşkilatının könüllüləri iştirak edib.
Aksiyanın keçirildiyi ərazi yararsız tullantılardan təmizlənərək burada Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun 200 ədəd şam ağacı əkilib. Eyni zamanda, əvvəl əkilən ağac və gül kollarına da aqrotexniki quluq göstərilib. Aksiya zamanı əkilən ağaclara gələcəkdə qulluq göstərilməsi üçün suvarılma məsələləri həll edilib, cavabdehlər müəyyənləşdirilib.
Tədbirin əsas məqsədi 5 Dekabr - Beynəlxalq Könüllülər Günü münasibətilə gənclər arasında ekoloji mədəniyyətin formalaşması prosesinə töhfə vermək, ətraf mühitin qorunması ideyasını aşılamaq və ekoloji problemlərə qarşı mübarizədə gənc nəsli könüllülük fəaliyyətinə səsləməkdir.