Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeronda ana südü ilə qidalandırmanı təşviq edən aksiyalar keçirilib

08 avqust 2023 | 17:33

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Abşeron Rayon İcra Hakimiyyəti (RİH) ilə birgə Xırdalan şəhərində yerləşən Heydər Əliyev adına mədəniyyət və istirahət parkında uşaqların sağlam qidalanması və inkişafına həsr olunan təşviqat aksiyası keçirilib.

Tədbirdə çıxış edən RİH başçısının müavini Gülnar Rəhimova və İSİM-in Səhiyyə kommunikasiyası şöbəsinin müdiri Laura Quliyeva uşaq və gənclərin fiziki və mənəvi cəhətdən sağlam nəsil kimi yetiştirilməsi, onların sağlamlığının təmin edilməsi üçün respublikamızda müvafiq şəraitin mövcudluğunu vuğulayaraq, uşaq və yeniyetmələrin sağlam həyat tərzinə yiyələnməsi istiqamətində görülən işlərdən bəhs edib, ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair qəbul edilən dövlət proqramları haqqında ətraflı məlumat veriblər.

Bildirilib ki, aksiyanın məqsədi körpələrin ana südü ilə qidalandırılmasını təbliğ və təşviq edilməsi, ana südü ilə qidalandırmanın körpələrin, o cümlədən anaların sağlamlığı üçün əhəmiyyəti barədə geniş maarifləndirmə işinin aparılmasıdır.

Qeyd edək ki, 1-7 avqust “Ümumdünya ana südü ilə qidalandırma həftəsi” çərçivəsində habelə Abşeron rayon Mərkəzi Xəstəxanası tərəfindən  rayonun kənd və qəsəbələrində yerləşən Ailə Sağlamlıq Mərkəzlərində gənc analarla körpələrin düzgün qidalanması və bəslənilməsi barəsəində görüşlər keçirilib, İSİM tərəfindən nəşr edilən maarifləndirici materiallar paylanılıb.

 

 

Keçidlər