Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeronda 28 May - Müstəqillik Günü qeyd edilib

27 may 2025 | 19:57

Abşeron Rayon İcra Hakimiyyətinin və Abşeron-Xızı Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Abşeron rayonunda 28 May - Müstəqillik Günü qeyd edilib.

Abşeron RİH Başçının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülnar Rəhimova, Abşeron RİH yanında İctimai Şuranın sədri, Vətən Müharibəsi şəhidi Elçin Həsənlinin anası Xatirə İsmayılova, Regional Təhsil İdarəsinin məsul əməkdaşları, şəhid ailələri, müharibə işçtirakçıları, eləcə də sözügedən məktəbin müəllim və şagird kollektivinin iştirak etdiyi tədbirdə Ümummilli Lider Heydər Əliyevin və vətənimizin azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Masazır 3 saylı tam orta məktəbdə keçirilən tədbirdə çıxış edən RİH başçısının müavini Gülnar Rəhimova şərqdə ilk demokratik dövlətin yaranması, Azərbaycan Xalq Cümhuriyyətini meydana gətirən tarixi şərait haqqında danışıb, qısa bir ömür sürən Cümhuriyyətin tarixdəoynadığı rolu diqqətə çatdırıb.

G.Rəhimova qeyd edib ki, yenidən müstəqilliyinə qovuşmuş Azərbaycan bu gün qüdrətli dövlətə, dünyada söz və nüfuz sahibinə çevrilib. Məhz xalqın təkidi və tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin səyi nəticəsində Azərbaycan parçalanmaqdan xilas olub, dövlətçilik ənənələrinin qorunması üçün qətiyyətli tədbirlər görülüb, ölkədə davamlı ictimai-siyasi sabitlik bərqərar edilib. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayan G.Rəhimova Müzəffər Ali Baş Komandanın müdrik rəhbərliyi altında ölkəmizin suverenliyinin, ərazi bütövlüyünün tam bərpa olunduğu diqqətə çatdırıb.

Daha sonra Abşeron RİH yanında İctimai Şuranın sədri, vətən müharibəsi şəhidi Elçin Həsənlinin anası Xatirə İsmayılova və Masazır kənd 3 nömrəli tam orta məktəbin direktoru Gülnarə Allahverdiyeva çıxış edərək müstəqilliyimizə gedən keşməkeşli və mübarizəli yoldan, eyni zamanda müstəqilliyimizi qazandıqdan sonra onu qorumaq üçün bütün çətinliklərin öhdəsindən məharətlə gəlməyimizdən danışıblar.

Tədbir sözügedən məktəbin şagirdlərinin hazırladığı bədii hissə ilə davam edib.

Keçidlər