Abşeronda “26 iyun – Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü”nə həsr olunmuş tədbir keçirilib
Abşeron Rayon İcra Hakimiyyətinin və Abşeron Rayon Ağsaqallar Şurasının birgə təşkilatçılığı ilə rayonun Şəfəq qəsəbəsində şəhid ailələrinin, müharibə iştirakçılarının və rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə tədbir keçirilib. Tədbirdə əvvəlcə Dövlət Himni oxunub, Ümummilli Lider Heydər Əliyevin və vətənimizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan bütün qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Abşeron RİH başçısının müavini Gülnar Rəhimova, Abşeron Ağsaqqallar Şurasının sədri, şəhid Rauf İbadovun atası Məhərrəm İbadov və Şəfəq qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə, şəhid İlqar Bürcəliyevin atası Vüqar Bürcəliyev çıxış edərək bildiriblər ki, Ulu Öndərin müəyyənləşdirdiyi siyasəti uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə ordu quruculuğu daima dövlətin prioritet məsələlərindən biri olub. Qeyd olunub ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin iradəsi, uzaqgörənliyi və güclü ordumuzun şücaəti, şəhidlərimizin qəhrəmanlığı nəticəsində 44 günlük Vətən Müharibəsində xalqımız düşmən üzərində şanlı qələbə qazandı.
Daha sonra bədii hissə təqdim edilib.
Görüşlərdə şəhid ailələri dövlət tərəfindən onlara daima diqqət və qayğının göstərildiyini və buna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.






