Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeronda 20 Noyabr – Ümumdünya uşaq hüquqları günü qeyd edildi

20 noyabr 2024 | 12:34

Abşeron rayonunda “Yaşıl Dünya Naminə Həmrəylik İli” çərçivəsində Uşaq Hüquqları Konvensiyasının 35 illiyinə həsr olunmuş “COP29: İqlim dəyişikliyi və uşaq hüquqları” adlı konfrans keçirildi. Abşeron Rayon İcra Hakimiyyəti və Gənclərin inkişaf Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə Xırdalan şəhəri Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə Gənclərin İnkişaf və Karyera Mərkəzinin Abşeron rayon nümayəndəliyi, 4 sayli Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi və Abşeron-Xızı Regional Təhsil İdarəsinin əməkdaşları, rayonun orta ümumtəhsil müəssisələrinin şagirdləri, o cümlədən AQUPDK-nin Uşaq Səfirlər Məclisinin rayon üzrə nümayəndə, üzv və Yaşıl Könüllüləri, Abşeron RİH əməkdaşları, könülllülər iştirak etdilər.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısının müavini Gülnar Rəhimova çıxış edərək, uşaq hüquqları sahəsində mövcud olan  milli və beynəlxalq qanunvericilik, normativ hüquqi aktlar,  o cümlədən BMT-nin adı çəkilən konvensiyası və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanunu ilə müəyyən olunmuş uşaqların hüquq və vəzifələri, həmin hüquqların müdafiəsi mexanimzləri barədə ətraflı məlumat verib, eyni zamanda  dünyanın ən nüfuzlu beynəlxalq tədbirlərindən biri olan COP29-un ölkəmizdə keçirilməsinin  əhəmiyyətini vurğulayaraq, uşaq və gənclərin iqlim fəaliyyətində rolu, yaşıl dünya naminə irəli sürdükləri  fikir və ideyalarının vacibliyini qeyd etdi.

Daha sonra Gənclərin İnkişaf və Karyera Mərkəzinin Abşeron rayonu üzrə nümayəndəsi Günay Niyazova , 4 sayli Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin  məsul əməkdaşları Elmar Musayev və Nuriyyə Fətullayeva çıxışlarında “Yaşıl dünya naminə Həmrəylik İli” çərçivəsində tərəflərindən  həyata keçirilən tədbir və layihələr barədə ətraflı məlumat verdilər.

Konfransın ikinci hissəsində  rayonun orta ümumtəhsil müəssisələrinin şagirdləri, o cümlədən AQUPDK-nin Uşaq Səfirlər Məclisinin rayon üzrə nümayəndə, üzv və Yaşıl Könüllülərinin  ekoloji  hüquqlar, o cümlədən iqlim dəyişmələri ilə bağlı zəngin fikir və idayalarından ibarət təqdimatları dinlənildi.

Tədbirin sonunda AQUPDK-si  tərəfindən keçiriləcək Uşaqların VI Ümumrespublika Forumuna iştirak hüququnu qazanan şagirdlərə Abşeron RiH tərəfindən iştirakçı vəsiqələri təqdim olundu, forumda qruplar üzrə müzakirə ediləcək mövzular ətrafında geniş diskusiya aparıldı, şagirdlər tərəfindən təkliflər şifahi və yazılı şəkildə təqdim edildi, Abşeron RİH tərəfindən Uşaq Səfirlər Məclisinin Abşeron rayon nümayəndələrinə fəallıqlarına görə Təşəkkürnamələr təqdim edildi.

Konfrans çərçivəsində “Ekoloji hüquqlar” mövzusunda rayonun orta ümumtəhsil müəssisələrinin şagirdlərinin əl işlərindən ibarət rəsm sərgisi təşkil edilmişdir.

Qeyd edək ki, bu il Uşaq Hüquqları üzrə Cenevrə Bəyannaməsinin qəbul edilməsindən 100 il, BMT-nin Uşaq Hüquqları Bəyannaməsinin qəbul edilməsindən 65 il, BMT-nin "Uşaq hüquqları haqqında" Konvensiyasının qəbul olunmasından isə 35 il ötür.

Keçidlər