Abşeronda 10 dekabr “Beynəlxalq İnsan Hüquqları Günü” münasibətilə tədbir keçirilib
Abşeron rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecində 10 dekabr “Beynəlxalq İnsan Hüquqları Günü” münasibətilə kollecin müəllim və tələbə heyyəti ilə maarifləndirici görüş keçirildi.
Abşeron rayon İcra Hakimiyyətinin başçısının müavini Gülnar Rəhimova, Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecin direktoru Səhər Orucova çıxış edərək, Beynəlxalq İnsan Hüquqları Gününün yaranma tarixi və əhəmiyyəti barədə tədbir iştirakçılarına ətraflı məlumat verdilər. Əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi hüquqi islahatların insanların sosial rifah halının, layiqli həyat səviyyəsinin yüksəldilməsinə, vətəndaş məmnunluğuna, hüquq bərabərliyinin qanunvericilikdə və icra prosesində təmininə, habelə dayanıqlı inkişafa yönəldiyi diqqətə çatdırıldı. Çıxışçılar gənclərin hüquqi cəhətdən maarifləndirilməsinin, hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişaf etdirilməsinin insan hüquq və azadlıqlarının müdafiəsini daha da səmərəli təmin etmək baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğuladı. Çıxışçılar əhalinin müxtəlif sosial qruplarının, o cümlədən yetkinlik yaşına çatmayanların, əlilliyi olan şəxslərin, gənclərin hüquqlarının daha da səmərəli təmini istiqamətində dövlət qurumları və vətəndaş cəmiyyətinin əməkdaşlığının əhəmiyyətini qeyd etdilər. Bu sahədə hüquqi bazanın təkmilləşdirilməsi və bərabər hüquqların təmin edilməsi üçün müvafiq tədbirlərin görülməsi, 23 fevral 2024-cü ildə "Məişət zorakılığının qarşısının alınması haqqında" qanunda dəyişiklik edilməsi, o cümlədən sözügedən qanunun icrasında rayon icra hakimiyyətlərinin qarşısında qoyulmuş vəzifələr və bununla bağlı rayonda görülmüş işlər barədə ətraflı məlumat verildi. Gender əsaslı tədbirlərin kütləviliyinin artırılması istiqamətində vətəndaş cəmiyyəti institutları ilə birgə əməkdaşlığın əhəmiyyəti qeyd olundu.
Bildirildi ki, Beynəlxalq İnsan Hüquqları Günü ərəfəsində ənənəvi olaraq bır sıra tədbirlər, o cümlədən “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası çərçivəsində silsilə tədbirlər keçirilir.
Sonda hər iki qurumun hüquqşünasları İlahə Eyvazova və Eymur Şahverdi çıxış edərək İştirakçılara yerlərdə gender zorakılığı və uşaqlara qarşı zorakılığın vəziyyətinin qiymətləndirilməsi və həyata keçirilən tədbirlərin effektivliyinin yoxlanılması, zorakılığın səbəblərinin araşdırılması və təhlil edilməsi, həmçinin övladlığa götürülmüş, qəyyumluğa və ya himayəyə verilmiş uşaqların ailələrdə vəziyyətinin monitorinqlərinin sayının artırılmasının, habelə Abşeronun 15 inzibati ərazisində fəaliyyət göstərən Bələdiyyələrin nəzdində yaradılmış “Gender Komissiyaları”nın fəaliyyətinin, əhali arasında məişət zorakılığının qarşısının alınmasına yönəlmiş maarifləndirmə işinin mütəmadi olaraq aparılması barədə məlumat verdi, sualları cavablandırıldı.