Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeron ümumtəhsil müəssisələrində imtahanqabağı silsilə tədbirlər keçirilib

02 mart 2024 | 13:25

Abşeron ümumtəhsil müəssisələrində Abşeron Rayon İcra Hakimiyyətinin və Abşeron-Xızı Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə imtahanqabağı stresin aradan qaldırılması istiqamətində şagird və valideyinlərlə silsilə görüş və təlimlər keçirilib.  Xırdalan şəhər 2 nömrəli tam orta məktəb və Saray qəsəbə 3 nömrəli tam orta məktəbdə  keçirilən növbəti görüşlərdə Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova, Abşeron-Xızı Regional Təhsil İdarəsinin psixoloqu İstək Bəxtiyarova, təhsil işçiləri, o cümlədən şagird və valideyinlər iştirak ediblər.

 Azərbaycanda təhsilin və elmin inkişafına ən yüksək səviyyədə dövlət qayğısının olduğunu vurğulayan Gülnar Rəhimova qeyd edib ki, dövlətimizin başçısının rəhbərliyi ilə ölkəmizdə təhsil sahəsində aparılan islahatlar, təhsil sahəsinin müassirləşdirilməsi Azərbaycan dövlətinin yürütdüyü siyasətin prioritetlərindən biridir.  G.Rəhimova həmçinin qeyd edib ki, ölkəmizdə insan kapitalının daha da inkişaf etdirilməsi, gənc nəslin bilikli və savadlı, yüksək intellektual potensiala malik yetişdirilməsinə xidmət edir.

Daha sonra Abşeron-Xızı Regional Təhsil İdarəsinin psixoloqu İstək Bəxtiyarova məktəblərdə psixo-pedaqoji işin aparılması, şagirdlərdə iradi-psixoloji keyfiyyətlərin formalaşdırılması və gücləndirilməsi istiqamətində görülmüş işlər barədə ətraflı məlumat verib.

Görüş çərçivəsində psixoloqlar imtahan stresinin aradan qaldırılması yolları, həyacanı və stresi idarə etmək üçün lazım olan pisxoloji texnikalar barədə məlumat verib, imtahan müddətində həyəcan və təşviş halları yaşandıqda nə etməli və hansı effektiv texnikalardan istifadə edə biləcəkləri barədə şagirdlərə tövsiyə veriblər. Görüşlər zamanı şagirdləri narahat edən əsas psixoloji məqamlara toxunulub və qarşılıqlı müzakirə əsasında şagirdlərin sualları psixoloqlar tərəfindən cavablandırılıb.

Keçidlər