Abşeron RİH-də təcrübə keçən könüllülərə sertifikatlar verilib
Abşeron Rayon İcra Hakimiyyətində təcrübə keçən könüllülərin növbəti qrupuna sertifikatlar verilib.
Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində baş tutan görüşdə Abşeron RİH-nin başçısının müavini Gülnar Rəhimova, YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, Bakı Mühəndislik Universitetinin prorektoru Mikayıl Zeynalov, Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Hümanitar Kollecin drektoru Səhər Orucova, Abşeron-Xızı Regional Gənclər və İdman idarəsinin Abşeron sektorunun müdiri Kamran Quliyev və könüllülər iştirak edib.
Respublika ərazisində baş tutan bütün beynəlxalq tədbirlərdə, eləcə də dövlət orqanlarının gündəlik fəaliyyətində könüllülərin misilsiz xidmətlərinin olduğunu vurğulayan Abşeron RİH başçsının müavini Gülnar Rəhimova ölkəmizdə Kölüllülük hərəkatının inkişafından, Ölkə Prezidenti İlham Əliyevin Könüllülük hərəkatına göstərdiyi diqqətdən danışıb və könüllülərə qazandıqları təcrübənin iş həyatlarında uğurla tədbiq etmələrini arzu edib.
Daha sonra YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, Bakı Mühəndislik Universitetinin prorektoru Mikayıl Zeynalov və Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Hümanitar Kollecin drektoru Səhər Orucova ölkədə uğurlu gənclər siyasətindən bəhs edib. Məhz ölkə rəhbərliyinin yaratdığı imkanlar nəticəsində bu sahədə də gənclərə böyük önəm verildiyi qeyd edilib.
Həmçinin könüllülərin Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar həyata keçirilən rayon tədbirlərində, o cümlədən şəhid ailələri və qazilərlə keçirilən görüşlərdə fəal iştirakı xüsusi vurğulanıb. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə şanlı Ordumuzun qələbə qazandığı Vətən Müharibəsində gənclərimizin göstərdiyi qəhrəmanlıqlardan qürurla bəhs edilib, şəhid və qazilərə sonsuz ehtiram ifadə olunub.
Tədbirdə çıxış edən könüllülər gənclərin hərtərəfli inkişafına dövlət qayğısını yüksək dəyərləndirərək, Abşeron Rayon İcra Hakimiyyətində onlara yaradılan şəraitə və göstərilən etimada görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirib, burada qazandıqları təcrübənin böyük əhəmiyyət daşıdığını vurğulayıblar.
Sonda 43 könüllüyə Abşeron RİH-i tərəfindən sertifikatlar təqdim olunub, xatirə şəkli çəkdirilib.