Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeron rayonundan qızıl medala layiq görülən məktəbli

27 iyul 2022 | 18:20

“Ümumi təhsil müəssisələrinin 2021-2022-ci tədris ili üzrə məzunlarının qızıl və gümüş nişanla təltifi haqqında” əmrə əsasən Qızıl medalla təltif olunan məzunlar arasında Xırdalan şəhər 10 nömrəli tam orta məktəbin şagirdi Əli-Pur Selcan Zaur qızının da adı var.

Xırdalan şəhər 10 nömrəli tam orta məktəbin məzununun Qızıl medala layiq görülməsi təhsil müəssisəsində böyük sevinclə qarşılanıb. Heç şübhəsiz, bu, şagirdin çalışqanlığı, əzmkarlığı ilə yanaşı, məktəbin rəhbərliyinin və kollektivinin peşəkar təlim və tədrisindən irəli gəlir.

Ə.Selcan Qızıl medala layiq görülmələrinin sevincini yaşayır. Müsahibimiz “Qızıl medal” xəbərini böyük sevinclə qarşılayaraq bu uğuru təkcə özünün zəhməti kimi deyil, eyni zamanda, valideynlərinin dəstəyi və ən əsası təhsil aldığı məktəbin mükəmməl təlim və tədrisi, müəllimlərinin peşəkarlığı ilə əlaqələndirir.
Selcanın arzusu hüquqşünas olmaqdır. 3-cü qrup üzrə iştirak etdiyi imtahanlardan 676 bal toplayıb. “Təhsilimi Azərbaycanda davam etdirmək fikrindəyəm. Hesab edirəm ki, gələcək təhsilimdə də uğurlar əldə edəcəyəm. Bunun üçün daim çalışqan olmaq və özünəinam lazımdır”. Selcan ali təhsil almaq istəyən gənclərə üzünü tutaraq deyir: “Daim çalışın, əziyyət çəksəniz bəhrəsini də görəcəksiniz. Həyatda bütün qapıları biliklə açmaq mümkündür”.

Selcanın təhsil aldığı məktəbin rəhbərliyi Əzizə Abdiyevanın şagirdi haqqında fikirləri yüksəkdir: “Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan təhsil islahatının həyata keçməsi, daha da inkişaf edərək dünya təhsil sisteminə inteqrasiya olunma tempi göz qabağındadır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təhsilə xüsusi önəm verməsi, onun maddi - texniki bazasının daha da yaxşılaşdırılması sahəsində həyata keçirdiyi tədbirlər, təhsil sisteminin inkişafına yönələn Dövlət Proqramları bunun üçün ciddi zəmin yaradıb. Azərbaycan Respublikasının Birinci - vitse prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, UNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva təhsilimizə, Azərbaycan elminə, gənc nəslin inkişafına yönəlmiş qayğısı və dəstəyi biz təhsil işçiləri üçün mühüm əhəmiyyət kəsb edir. Təhsil sisteminin inkişafı üçün başlıca şərt olan təhsil mühitinin yaradılması sahəsində həyata keçirilən tədbirlər öz bəhrəsini verməyə başlayıb. Qazanılan uğurlar, sevindirici nəticələr onu deməyə əsas verir ki, Abşeron rayonunda təhsil mühiti inkişaf edir, dünya təhsil sisteminə inteqrasiya prosesi sürətlənir. Selcan haqqında onu deyə bilərəm ki, həmişə çalışqan, oxumaqdan yorulmayan, məsuliyyətli şagird olub. Onun medal alması xəbərinə təəccüblənmədim, Selcanın bu uğurunu gözləyirdim. Çünki o, oxumağı əsas məqsədinə çevirmişdi. Qeyd etməliyəm ki, Selcanın uğurunda məktəbimizin böyük rolu var. Selcan həmişə deyir ki, məktəbdə bütün fənləri eyni səviyyədə öyrənməyə nail olub. Məktəbin peşəkar tədrisi onu uğura aparıb. Şagirdimizin uğuru bütün məktəb kollektivinin, eləcədə Abşeron rayonunun uğurudur”.

Məlumat üçün bildirək ki, 2021-2022-ci tədris ili üzrə Abşeron rayonunda fəaliyyət göstərən 41 ümumi təhsil müəssisələrini ümumi orta təhsil səviyyəsi üzrə 5246 nəfər şagird, tam orta təhsil səviyyəsi üzrə isə 3237 nəfər bitirib ki, onlardanda 295 nəfər məzun məktəbi fərqlənmə attestatı ilə bitirib. (146 nəfər ümumi orta təhsil səviyyəsi üzrə, 149 nəfər tam orta təhsil səviyyəsi üzrə)

Keçidlər