Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeron rayonunda ümummilli lider Heydər Əliyevin respublikamıza birinci dəfə rəhbərliyə gəlməsinin 53-cü ildönümü qeyd edilib

15 iyul 2022 | 14:42

Abşeron rayonunda ümummilli lider Heydər Əliyevin respublikamıza birinci dəfə rəhbərliyə gəlməsinin 53-cü ildönümü qeyd edilib. Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısınin İçtimai-siyasi və humanitar məsələlər üzrə müavini Gülnar Rəhimova, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Abşeron Rayon Təşkilatının sədri və rayonm ictimaiyyəti iştirak edib. İştirakçılar Xırdalan şəhərində yerləşən ümummilli liderin adını daşıyan mədəniyyət və istirahət parkındakı Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Bildirilib ki, 1969-cu il iyulun 14-də Azərbaycanın rəhbəri seçilən ulu öndər Heydər Əliyev respublikamızın xoşbəxt gələcəyi istiqamətində biri-birindən mühüm addımlar atıb, ən əsası həmin vaxtdan başlayaraq milli şüurun formalaşması, azərbaycançılıq ideologiyasının inkişafı prioritet məsələlər sırasında olub. Heydər Əliyev öz müdrik siyasəti, dönməz iradəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub.
Azərbaycan gəncinin daha savadlı, yüksək dünyagörüşünə malik, vətənpərvər şəxsiyyət kimi yetişməsi istiqamətində atılan davamlı addımlar sırasında hərbi kadrların hazırlanmasına xidmət edən Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılması tarixi hadisəyə çevrilib.
Ümummilli Liderin hakimiyyətinin hər iki dövrünə diqqət yetirildikdə Azərbaycanı iqtisadi möcüzələr ölkəsi kimi tanıdan biri-birindən əhəmiyyətli addımların şahidi oluruq. Hakimiyyətinin birinci dövründə ölkəmizi geridə qalmış aqrar respublikadan çiçəklənən, inkişaf edən bir diyara çevirən dahi şəxsiyyət Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra dünya iqtisadi sisteminə inteqrasiyanın, davamlı inkişafın əsası kimi dəyərləndirilən “Əsrin müqaviləsi”nin imzalanmasına nail olmaqla, ölkəmizin qarşısında geniş imkanlar, üfüqlər açdı.
Başlanğıcı 53 il bundan əvvəl – 1969-cu il iyulun 14-ü olan Heydər Əliyev yolu bu gün uğurla davam etdirilir, Azərbaycan ən yüksək zirvələri fəth edir. Ümummilli Liderin ən böyük arzusu Azərbaycanın ərazi bütövlüyünün təmin olunması idi. Bu arzu Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdə məharəti, qətiyyəti, hücum diplomatiyası, dəmir yumruğunun qüdrəti, xalqımızın birliyi, həmrəyliyi, dövlətimizin iqtisadi gücü və rəşadətli Ordumuzun hərbi qulluqçularının Vətənə, dövlətə, Heydər Əliyev ideyalarına sədaqəti ilə gerçəkləşdi.

Keçidlər