Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeron rayonunda təhsildən yayınmanın qarşısının alınması ilə bağlı tədbir keçirilib

29 noyabr 2024 | 13:18

Abşeron rayonunda təhsildən yayınan uşaqların valideynləri ilə görüş keçirilib. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illəri üçün Fəaliyyət Planı” nın müvafiq bəndlərinin icrası və usaqların təhsildən yayınmasının qarşısının alınması məqsədilə Saray qəsəbə 2 saylı tam orta məktəbdə baş tutan tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın sədri Rəşad Qubatov, Komissiyanın məsul katibi Şükufə Məmmədova,  Saray Polis Bölməsinin Yetkinlik Yaşına Çatmayanların işləri üzrə inspektoru, polis baş leytenantı Əli Kazımov, Abşeron-Xızı Regional Təhsil İdarəsinin psixoloqu İstək Bəxtiyarova, sözügedən məktəbin direktoru Səkinə Abbasova, məktəb psixoloqları və valideynlər iştirak edib.

Görüş zamanı valideynlərlə profilaktik söhbət aparılıb, təhsildən yayınmaya səbəb olan hallar araşdırılıb, valideynlərə azyaşlıların təhsil hüququ barədə malumat verilib və təhsildən yayınma hallarının qarşısının alınması istiqamətində müvafiq tövsiyələr verilib.

Qeyd edək ki, komissiya tərəfindən rayonun digər qəsəbələrində də valideynlərlə görüşlərin keçirilməsi nəzərdə tutulmuşdur.

Keçidlər