Abşeron rayonunda silsilə tədbirlər keçirildi
Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qələbə qazandığı 44 günlük Vətən Müharibəsi zamanı qəhrəmanlıqla döyüşərək şəhidlik zirvəsinə ucalmış Abşeronlu igidlərimiz, onların ailə üzvləri və qazilər Ramazan bayramı ərəfəsində yad edilmişdir. Bununla əlaqədar olaraq Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, hüquq mühafizə orqanlarının rəhbərləri, icra nümayəndəlikləri, YAP Abşeron Rayon Təşkilatının sədri, şəhid ailələri İkinci Fəxri Xiyabana, Xırdalan şəhərində yerləşən Şəhidlər Xiyabanına və o cümlədən, rayonun kənd və qəsəbələrinə gedərək vətənimizin bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin məzarlarını ziyarət etmiş, abidələri üzərinə tər çiçəklər düzmüş, əziz xatirələri ehtiramla yad etmiş, ruhlarına dualar oxumuşlar.
Bildirilmişdir ki, xalqımızın cənab Prezidentimiz və “Dəmir yumruq” ətrafında sıx birləşməsi, Azərbaycan ordusunun döyüş əzmi, şəhidlərimizin və qazilərimizin şücaəti sayəsində 30 illik vətən həsrətinə son qoyulmuş, torpaqlarımız düşmən tapdağından azad edilmişdir. Azərbaycanın qüdrətli orduya malik olduğu qeyd edilərək bundan sonra vətənimizə qarşı yönələ biləcək bütün təxribatların qarşısı yerindəcə məhv ediləcəyi vurğulanmışdır.
Ölkəmizdə şəhid ailələrinə və qazilərə, ümumilikdə müharibə iştirakçılarına dövlət səviyyəsində böyük diqqətin göstərildiyi, onların həyatlarının hər bir anında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın qayğısını hiss etdikləri bildirilmişdir.
Xalqımızın bütün bayram və şad günlərində şəhid ailələrinin və qazilərin diqqətdə saxlanılacağı önə çəkilərək Abşeron rayonunda onlara bundan sonra da daimi olaraq qayğının göstəriləcəyi qeyd edilmişdir.
RİH başçısı şəhid ailələri ilə görüşərək onların qayğıları və problemləri ilə maraqlanmışdır.
Daha sonra RİH başçısı Abdin Fərzəliyev Vətən Müharibəsi şəhidi Ağakişiyev Nurlanın atası, Birinci Qarabağ Müharibəsi qazisi Etibar Ağakişiyevin evinə gedərək onun bayramını təbrik etmiş, ailənin qayğıları ilə maraqlanmışdır.
Şəhid ailələri də onlara dövlət səviyyəsində hər zaman böyük diqqət və qayğının göstərildiyini qeyd edərək buna görə cənab Prezident İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etmişlər.
***
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medallarına layiq görülən şəhid İbadov Rauf Məhərrəm oğlunun 26-cı doğum günü qeyd edilmişdir. Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Abşeron Rayon Təşkilatının sədri, şəhid ailələri və qazilərlə birgə Saray qəsəbəsindəki Şəhidlər Xiyabanına gələrək şəhidimizin məzarını ziyarət etmiş, vətənimizin bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi yad edilmiş, ruhlarına dualar oxunmuş, məzarları üzərinə tər çiçəklər düzülmüşdür.
Anım tədbirdində şəhidimizin keçdiyi döyüş yolundan danışılmış, onun göstərdiyi xidmət və şücaətdən bəhs edilmişdir.
Günün sonunda RİH başçısı Abdin Fərzəliyev şəhid R.İbadovun əvvəllər yaşadığı Saray qəsəbəsindəki evlərinə gədərək onun ailə üzvləri ilə görüşmüş, onların problemləri və qayğıları ilə maraqlanmışdır.
Şəhid ailəsi də onlara dövlət səviyyəsində hər zaman böyük diqqət və qayğının göstərildiyini qeyd edərək buna görə cənab Prezident İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etmişlər.
***
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinin operativ həlli ilə bağlı göstərişlərinə uyğun olaraq Abşeron rayonunda silsilə vətəndaş qəbulları keçirilmişdir. Hökməli qəsəbəsində baş tutan növbəti səyyar-qəbulda Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri, YAP Abşeron Rayon Təşkilatının sədri, şəhid ailələri, qazilər və qəsəbə sakinləri iştirak etmişdir.
İştirakçılar əvvəlcə Hökməli qəsəbə tam orta məktəbin həyətində ucalan Şəhidlər Abidəsini ziyarət etmiş, ölkəmizin bütövlüyü uğrunda canından keçmiş qəhrəmanlarımızın əziz xatirəsini anmışlar.
Səyyar qəbulda çıxış edən Abdin Fərzəliyev ölkəmizin sürətli sosial-iqtisadi inkişafından, Vətən Müharibəsində qazanılan zəfərdən, respublikamızdakı ictimai-siyasi sabitlikdən, həmçinin ölkə rəhbərliyinin tapşırıqlarına uyğun olaraq Abşeronda həyata keçirilən sosial infrastruktur layihələrdən danışaraq qeyd etmişdir ki, Hökməli qəsəbəsində gedən kütləvi məskunlaşma bir sıra sosial və infrastruktur məsələlərinin ortaya çıxmasına səbəb olmuşdur. Yerlərdə müşahidə edilən problemlərin dərindən araşdırıldığını və həlli istiqamətində layihələrin hazırlandığını vurğulayan RİH başçısı sakinlərin istək və arzularının, eləcə də onları narahat edən məsələlərin öyrənilməsi baxımından səyyər qabulların əhəmiyyətini qeyd etmişdir.
Daha sonra çıxış edən sakinlər şəhid adlarının küçələrə verilməsində, qəsəbənin inzibati ərazisinə daxil olan və “Sevil”, “Sonalı”, “Nübar” və “Atyalı” adlandırılan yaşayış massivlərində illərdən bəri yığılıb qalan mülkiyyət problemlərinin həll olunmasında, su-kanalizasiya, o cümlədən digər kommunikasiya xəttlərinin çəkilməsində, daxili küçələrin abadlaşdırılmasında köməklik göstərilməsini xahiş etmişlər.
Növbəti gün isə Abşeron Rayon İcra Hakimiyyətinin inzibati binasında ənənəvi vətəndaş qəbulu keçirilmişdir. Qəbulda RİH başçısı Abdin Fərzəliyev, şəhid ailələri, qazilər və rayon sakinləri iştirak etmişdir.
Tədbirdə sakinlər rayon ərasisində salınan yeni yaşayış massivlarınə qaz xəttinin çəkilməsində, “AAAF Park” Yaşayış Kompleksində vətəndaşların üzləşdikləri problemlərin həllində, işlə təmin olunmaqda və digər məsələlərin həllində köməklik göstərilməsini xahiş etmişlər.
Sakinlər tərəfindən qaldırılan məsələlər yerindəcə həll olunuş, müəyyən vaxt tələb edən digər məsələlərin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilmişdir.