Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeron rayonunda şəhid övladları üçün Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramı münasibəti ilə şənlik keçirilib

31 dekabr 2023 | 12:15

“Heydər Əliyev İli” çərçivəsində Abşeron rayonunda 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibəti ilə şəhid övladları üçün bayram şənliyi keçirilib. Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə şəhid ailələri, onların bizə əmanət qalan övladları və müharibə iştirakçıları iştirak edib. İştirakçılar əvvəlcə Xırdalan şəhərində Ulu Öndərin adını daşıyan parkda abidəsinin önünə tər güllər düzərək xatirəsini dərin ehtiramla yad ediblər.

Tədbir çərçivəsində incəsənət nümayəndələrinin, sehirbazların, Yeni İl personajlarının iştirakı ilə uşaqlar üçün bədii-əyləncəli proqram təşkil olunub, uşaqların hazırladıqları kompozisiyalar, rəqs nümunələri nümayiş etdirilib. Uşaqlara hədiyyələr və bayram sovqatları təqdim olunub.

Tədbir zamanı bildirilib ki, Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən ölkəmizdə uşaqların xoşbəxt və firavan yaşaması üçün bütün lazım olan hər bir şərait təmin edilir.

Sonda Heydər Əliyev Parkında Yeni İl atəşfəşanlığı keçirilib.

Şəhid ailələri də öz növbəsində Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyeva hər zaman onları diqqətdə saxladıqlarına və göstərdikləri qayğıya görə öz təşəkkürlərini bildiriblər.

Keçidlər