Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeron rayonunda qanvermə aksiyası keçirilib

29 aprel 2024 | 12:37

Abşeron Rayon İcra Hakimiyyətinin, Mərkəzi Qan Bankının və Abşeron Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçirilib. Abşeron Rayon Mərkəzi Xəstəxanasında təşkil olunan aksiya hemofiliya və talassemiya kimi irsi qan xəstəliklərindən əziyyət çəkən xəstələrin qan ehtiyatını artırmaq məqsədi daşıyıb.

Aksiyaya qoşulan vətəndaşlar əvvəlcə Xəstəxananın və Milli Hematologiya və Transfuziologiya Mərkəzinin həkim briqadası tərəfindən müayinədən keçirilib, hər bir donorun sağlamlıq imkanları müəyyənləşdirilib və daha sonra qanın verilməsinə başlanılıb. Tibbi heyət tərəfindən sağlamlıq göstəriciləri əvvəlcədən təyin olunan 109 nəfərdən qan ehtiyatı götürülüb. Toplanan qan laboratoriya müayinəsindən keçirildikdən sonra Mərkəzi Qan Bankına təhvil veriləcək və irsi qan xəstəliklərindən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.

Keçidlər