Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeron rayonunda qanvermə aksiyası keçirilib

12 iyul 2024 | 11:10

Abşeron Rayon İcra Hakimiyyətinin, Abşeron Rayon Mərkəzi Xəstəxanasının və Milli Hematologiya və Transfuziologiya Mərkəzinin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçirilib. Abşeron Rayon Mərkəzi Xəstəxanasında baş tutan aksiya hemofiliya və talassemiya irsi qan xəstəliklərindən əziyyət çəkən xəstələrin qan ehtiyatını artırmaq məqsədilə təşkil edilib. Qanvermə aksiyasına qoşulmaq üçün müraciət edən şəxslərin öncə tibbi heyət tərəfindən sağlamlıq göstəriciləri təyin olunub, daha sonra onlardan qan ehtiyatı götürülüb.

Qan verək, həyat qurtaraq!

Keçidlər