Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeron rayonunda növbəti vətəndaş qəbulları və görüşlər keçirilmişdir

24 iyun 2023 | 16:07

Abşeron rayonunda vətəndaş müraciətlərinin yerində və operativ həlli ilə əlaqədar növbəti görüşlər keçirilmişdir.

Abşeron Rayon İcra Hakimiyyətinin inzibati binasında, o cümlədən Xırdalan şəhəri də daxil olmaqla, Mehdiabad, Saray, Digah, Məmmədli, Ceyranbatan, Aşağı Güzdək və Qobu qəsəbələrində baş tutan səyyar qəbullarda RİH başçısı Abdin Fərzəliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Abşeron RİH yanında İctimai Şuranın sədri Xatirə İsmayılova, şəhid ailələri, Vətən Müharibəsi iştirakçıları və sakinlər iştirak etmişdir.

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qələbə qazandığı Vətən Müharibəsi bitdikdən sonra qısa zaman keçməsinə baxmayaraq keçmiş məcburi köçkünlərin işğaldan azad olunmuş torpaqlara qayıdışından, Qarabağda həyata keçirilən sürətli abadlıq-quruculuq işlərindən danışan RİH başçısı bildirmişdir ki, soydaşlarımız uzun müddət həsrətində olduqları öz dədə-baba yurdlarına bundan sonra da mərhələli şəkildə qayıdacaqlar. Qəbullarda sakinlər tərəfindən qaldırılan məsələlərin əksəriyyəti yerində həll olunmuş, digərlərinin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilmişdir.

Onu da vurğulayaq ki, şəhidlik zirvəsinə ucalmış igidlərimizin və onların əmanətləri olan övladlarının doğum günlərində şəhid ailələri, o cümlədən müalicəsi davam edən Vətən Müharibəsi qaziləri RİH başçısı Abdin Fərzəliyev tərəfindən davamlı olaraq ziyarət olunur.

Qeyd edək ki, şəhid ailələri və müharibəsi iştirakçıları qəbul günlərindən asılı olmayaraq növbədənkənar istənilən vaxtda RİH rəhbərliyi ilə görüşmək imkanına malikdir və gündəlik keçirilən görüşlər zamanı onların qayğıları ilə bağlı dərhal tədbirlər görülür.

Bütün keçirilən görüşlərdə ölkəmizin hər yerində olduğu kimi Abşeron rayonunda da şəhid ailələrinə və müharibə iştirakçılarına böyük diqqət və qayğının bundan sonra da daimi olaraq davam etdiriləcəyi vurğulanmışdır. Şəhid ailələri və müharibə iştirakçıları onlara göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildirmişlər.

Keçidlər